Ümumi müddəalar Maddə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər


Maddə 62. Müvafiq icra hakimiyyəti orqanının və



Yüklə 117,87 Kb.
səhifə41/227
tarix10.01.2022
ölçüsü117,87 Kb.
#110491
1   ...   37   38   39   40   41   42   43   44   ...   227
Maddə 62. Müvafiq icra hakimiyyəti orqanının və Dəniz limanı kapitanının funksiyaları

 

 62.1. Dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının funksiyaları:



62.1.1. ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının ticarət gəmiçiliyinə aid olan beynəlxalq müqavilələrinə əməl edilməsinə nəzarət;

62.1.2. gəmiləri gəmi reyestrlərində qeydiyyata almaq və müvafiq gəmi sənədlərini vermək;

62.1.3. gəmilərə və inşa edilməkdə olan gəmilərə mülkiyyət hüququnu, gəminin və ya inşa edilməkdə olan gəminin və onlara olan hüquqların ipotekasını dövlət qeydiyyatına almaq və müvafiq sənədlər vermək; 

62.1.4. gəmi heyəti üzvlərinə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, onların verilməsinin təsdiqnamələrini, dənizçinin şəxsiyyət sənədini və dənizçi kitabçalarını vermək;

62.1.5. gəmilər tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üzrə tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək;

62.1.6. dənizdə bələdçi xidmətinə və gəmilərin hərəkətini tənzimləyən xidmətlərə rəhbərlik və nəzarəti həyata keçirmək;

62.1.7. dənizdə batmış əmlakın qaldırılmasına, habelə limanda inşaat, hidrotexniki və digər işlərin görülməsinə icazə vermək;

62.1.8. dənizdə baş vermiş qəzaları qeydə almaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada araşdırmaq.

62.2. Liman kapitanı dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsi sahəsində aşağıdakı funksiyaları həyata keçirir:

62.2.1. gəmilərin limana daxil olmasını və limandan çıxmasını rəsmiləşdirmək;

62.2.2. gəmi sənədlərini, sertifikatları (diplomları), xüsusi hazırlıq şəhadətnamələrini və sertifikatların (diplomların) verilməsinin təsdiqnamələrini yoxlamaq;

62.2.3. gəmilərin limana daxil olması və onların limandan çıxması qaydalarının tələblərinə əməl olunmasına nəzarət;

62.2.4. müvafiq gəmi jurnallarının yoxlanılması. 

 


Yüklə 117,87 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin