Maddə 69. Gəmilərin məcburi keçirilməsi
69.1. Gəminin dəniz bələdçisi ilə keçirilməsinin məcburi rayonlarında azad edilən gəmilər kateqoriyasına aid olduğu və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada gəmi kapitanına dəniz bələdçisiz üzmək hüququ verildiyi hallar istisna olmaqla, gəmilərin dəniz bələdçisi ilə keçirilməsini məcburi rayonlarında gəmi kapitanının dəniz, bələdçisiz üzmək hüququ yoxdur.
69.2. Dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyindən azad edilən gəmilərin kateqoriyalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və dəniz limanı üzrə məcburi qaydalarda hamının nəzərinə çatdırılır.
69.3. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Dostları ilə paylaş: |