Maddə 85. Liman idarəsinin çəkdiyi xərclərin əvəzinin ödənilməsi
Dənizdə batmış əmlakın bu Məcəllənin 84.1-ci maddəsinə müvafiq olaraq qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi ilə bağlı liman idarəsinin çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə dair tələbin həmin əmlaka yönəldilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən həyata keçirilir.
Maddə 86. Dənizdə batmış əmlakın təsadüfi qaldırılması
Dənizdə batmış əmlakın təsadüfi qaldırılmasından əmələ gələn hüquq münasibətləri Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
Dostları ilə paylaş: |