Ümumi müddəalar Maddə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər


Maddə 259. Gəmi mülkiyyətçisinin məsuliyyətinin əsasları



Yüklə 117,87 Kb.
səhifə170/227
tarix10.01.2022
ölçüsü117,87 Kb.
#110491
1   ...   166   167   168   169   170   171   172   173   ...   227
Maddə 259. Gəmi mülkiyyətçisinin məsuliyyətinin əsasları

 

Gəmi mülkiyyətçisi, bu Məcəllənin 260-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, hadisə baş verdiyi andan təhlükəli və zərərli maddələrin dənizlə daşınması ilə bağlı vurduğu zərərə görə məsuliyyət daşıyır.



 

Maddə 260. Gəmi mülkiyyətçisinin məsuliyyətdən azad edilməsi

 

260.1. Gəmi mülkiyyətçisi, əgər aşağıdakıları sübuta yetirsə, təhlükəli və zərərli maddələrin vurduqları zərərə görə məsuliyyət daşımır:



260.1.1. hərbi əməliyyatlar, düşmənçilik hərəkətləri, xalq iğtişaşları və ya qarşısıalınmaz qüvvə nəticəsində zərərin vurulmasını;

260.1.2. zərər vurmaq niyyəti ilə üçüncü şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində zərərin vurulmasını;

260.1.3. işıqların və digər naviqasiya vasitələrinin qaydada saxlanmasına cavabdeh olan səlahiyyətli hakimiyyət orqanlarının göstərilən funksiyanı həyata keçirdikləri zaman qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulmasını;

260.1.4. gəmiyə yüklənmiş maddələrin təhlükəli və zərərli xarakteri haqqında yükgöndərən və ya hər hansı digər şəxs tərəfindən məlumatın verilməməsi nəticəsində tam və ya qismən zərərin vurulmasını və ya gəmi mülkiyyətçisinin bu Məcəllənin 264-cü maddəsinə müvafiq olaraq sığorta ödənişini ala bilməməsinə səbəb olmasını. Əgər gəmi mülkiyyətçisinin, onun işçilərinin və ya gəmi agentinin gəmiyə yüklənmiş maddələrin təhlükəli və zərərli olması barədə məlumatları yoxdursa və ağlabatan hallarda bu barədə məlumatları ola da bilməzdi, gəmi mülkiyyətçisi vurulan zərərə görə məsuliyyətdən azad oluna bilər. 

260.2. Əgər gəmi mülkiyyətçisi zərərin tam və ya qismən zərərçəkən şəxsin qəsdən və ya kobud ehtiyatsızlığı nəticəsində vurulmasını sübuta yetirsə, gəmi mülkiyyətçisi belə şəxs qarşısında məsuliyyətdən tam və ya qismən azad edilə bilər.

 


Yüklə 117,87 Kb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin