Ümumi müddəalar Maddə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər



Yüklə 117,87 Kb.
səhifə186/227
tarix10.01.2022
ölçüsü117,87 Kb.
#110491
1   ...   182   183   184   185   186   187   188   189   ...   227
Maddə 279. Qarşılıqlı tələb

 

Bu fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq məsuliyyətin məhdudlaşdırılmasına hüququ olan şəxs ona tələb irəli sürmüş şəxsə həmin hadisədən irəli gələn qarşılıqlı tələb irəli sürərsə, ilkin və qarşılıqlı tələb qarşılıqlı ödənilir və bu fəsildə müəyyən edilmiş qaydalar yalnız əmələ gələn qalığa tətbiq edilir.



 

Maddə 280. Məsuliyyətin ümumi hədləri

 

280.1. Bu Məcəllənin 280.3-cü maddəsində göstərilən tələblərdən fərqli olan və bir hadisədən irəli gələn tələblər üzrə məsuliyyətin həddi aşağıdakı qaydada hesablanır:



280.1.1. Vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə:

280.1.1.1. tutumu 2000 tondan artıq olmayan gəmi üçün — 3,02 milyon hesablaşma vahidi; 

280.1.1.2. tutumu 2001 tondan 30000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 1208 hesablaşma vahidi əlavə edilir; 

280.1.1.3. tutumu 3001 tondan 30 000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 artıq olan hər tonu üçün 333 hesablaşma vahidi əlavə edilir; 

280.1.1.4. tutumu 30 001 tondan 70 000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 906 hesablaşma vahidi əlavə edilir; 

280.1.1.5. tutumu 70 000 tondan artıq olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 604 hesablaşma vahidi əlavə edilir; 

280.1.2. Hər hansı digər tələblər üzrə:

280.1.2.1. tutumu 2000 tondan artıq olmayan gəmi üçün — 1,51 milyon hesablaşma vahidi; 

280.1.2.2. tutumu 2001 tondan 30000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 604 hesablaşma vahidi edilir; 

280.1.2.3. tutumu 30001 tondan 70000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 453 hesablaşma vahidi edilir; 

280.1.2.4. tutumu 70 000 tondan artıq olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 2000 artıq olan hər tonu üçün 302 hesablaşma vahidi əlavə edilir. 

280.2. Əgər vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə bu Məcəllənin 280.1-ci maddəsinə əsasən hesablanmış məbləğ belə tələblərin tam ödənilməsi üçün kifayət deyilsə, bu Məcəllənin 280.2-ci maddəsinə əsasən digər tələblər üzrə hesablanmış məbləğ vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblərin ödənilməmiş hissəsinə yönəldilir.

280.3. Sərnişinlərin həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə, əgər onlar bir hadisədən irəli gəlirsə, gəmi sahibinin məsuliyyətinin həddi 175 min hesablaşma vahidinin sərnişin şəhadətnaməsinə əsasən gəmiyə daşımağa icazənin verildiyi sərnişinlərin sayına vurulmaqla müəyyənləşdirilir.

 


Yüklə 117,87 Kb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin