Ümumi müddəalar Maddə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər


Maddə 27. Gəmiləri qeydiyyata alan orqanlar



Yüklə 117,87 Kb.
səhifə22/227
tarix10.01.2022
ölçüsü117,87 Kb.
#110491
1   ...   18   19   20   21   22   23   24   25   ...   227
Maddə 27. Gəmiləri qeydiyyata alan orqanlar

 

27.1. Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərin qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.



27.2. Bu Məcəllənin 16.3-cü maddəsində göstərilən gəmilərin qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

Maddə 28. Gəmilərin qeydiyyata alınmasının şərtləri

 

28.1. Gəmi yalnız gəmi reyestrlərinin birində qeydiyyata alına bilər.



28.2. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi həmin xarici dövlətin gəmi reyestrindən çıxarılmasını təsdiq edən şəhadətnamə təqdim edildikdən sonra Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alına bilər.

28.3. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi kitabında xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəminin müəyyən olunmuş qaydada reyestrdən çıxarılırsa, onun Dövlət qeydiyyatı tanınmır.

28.4. Gəmilərin Dövlət gəmi reyestrində, gəmi kitabında və berbout-çarter reyestrində qeydiyyata alınmasına və onlarda hər hansı dəyişikliklərin edilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərə uyğun olaraq haqq tutulur. 

 


Yüklə 117,87 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin