Ümumi müddəalar Maddə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər


Maddə 327. Batmış əmlaka hüquqlar



Yüklə 117,87 Kb.
səhifə222/227
tarix10.01.2022
ölçüsü117,87 Kb.
#110491
1   ...   219   220   221   222   223   224   225   226   227
Maddə 327. Batmış əmlaka hüquqlar

 

327.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində batmış əmlaka hüquqlar Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilir.



327.2. Açıq dənizdə batmış gəmilərə, onların yükünə və digər əmlakına gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu tətbiq edilir.

 

Maddə 328. Ticarət gəmiçiliyi sahəsində bağlanmış müqavilələrdən yaranan münasibətlər

 

328.1. Dənizlə yük daşınması müqaviləsindən, yedəkləmə müqaviləsindən, gəmi agenti müqaviləsindən, dəniz sığorta müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, taym-çarter və berbout-çarterdən yaranan münasibətlər müqavilədə tərəflərlə nəzərdə tutulmuş dövlətin, dənizlə sərnişin daşınması müqaviləsindən yaranan münasibətlər isə — sərnişinin biletində göstərilən dövlətin qanunu ilə tənzimlənir. 



328.2. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, onların müqavilədən yaranan münasibətləri aşağıda göstərilənlərin təsis edildikləri, əsas fəaliyyət və ya yaşayış yeri olan dövlətin qanunu ilə tənzimlənir:

328.2.1. dənizlə yük daşınması müqaviləsində — daşıyıcının;

328.2.2. gəmi agenti müqaviləsində, taym-çarter və berbout-çarterdə — gəmi sahibinin; 

328.2.3. yedəkləmə müqaviləsində — yedəkçi gəmi sahibinin;

328.2.4. dəniz vasitəçiliyi müqaviləsində — sifarişçinin;

328.2.5. dəniz sığorta müqaviləsində — sığortaçının.

 


Yüklə 117,87 Kb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin