Maddə 62. Müvafiq icra hakimiyyəti orqanının və Dəniz limanı kapitanının funksiyaları
62.1. Dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının funksiyaları:
62.1.1. ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının ticarət gəmiçiliyinə aid olan beynəlxalq müqavilələrinə əməl edilməsinə nəzarət;
62.1.2. gəmiləri gəmi reyestrlərində qeydiyyata almaq və müvafiq gəmi sənədlərini vermək;
62.1.3. gəmilərə və inşa edilməkdə olan gəmilərə mülkiyyət hüququnu, gəminin və ya inşa edilməkdə olan gəminin və onlara olan hüquqların ipotekasını dövlət qeydiyyatına almaq və müvafiq sənədlər vermək;
62.1.4. gəmi heyəti üzvlərinə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, onların verilməsinin təsdiqnamələrini, dənizçinin şəxsiyyət sənədini və dənizçi kitabçalarını vermək;
62.1.5. gəmilər tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üzrə tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək;
62.1.6. dənizdə bələdçi xidmətinə və gəmilərin hərəkətini tənzimləyən xidmətlərə rəhbərlik və nəzarəti həyata keçirmək;
62.1.7. dənizdə batmış əmlakın qaldırılmasına, habelə limanda inşaat, hidrotexniki və digər işlərin görülməsinə icazə vermək;
62.1.8. dənizdə baş vermiş qəzaları qeydə almaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada araşdırmaq.
62.2. Liman kapitanı dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsi sahəsində aşağıdakı funksiyaları həyata keçirir:
62.2.1. gəmilərin limana daxil olmasını və limandan çıxmasını rəsmiləşdirmək;
62.2.2. gəmi sənədlərini, sertifikatları (diplomları), xüsusi hazırlıq şəhadətnamələrini və sertifikatların (diplomların) verilməsinin təsdiqnamələrini yoxlamaq;
62.2.3. gəmilərin limana daxil olması və onların limandan çıxması qaydalarının tələblərinə əməl olunmasına nəzarət;