Maddə 98. Kontrstaliya vaxtı
98.1. Tərəflərin razılaşması ilə staliya vaxtı bitdikdən sonra əlavə gözləmə vaxtı (kontrstaliya vaxtı) müəyyən edilə bilər. Tərəflərin razılaşması olmadıqda, kontrstaliya vaxtı yükvurma limanında qəbul edilən müddətlər əsasında müəyyənləşdirilir.
98.2. Kontrstaliya vaxtı təqvim günləri, saat və dəqiqələrlə hesablanır.
98.3. Kontrstaliya vaxtına istirahət günləri, dəniz limanında iş günü hesab edilməyən, rəsmi qaydada müəyyən edilmiş səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü bayram günləri, habelə təhlükəsiz yükvurmaya mane olan və ya yükün saxlanmasına təhlükə yaradan qarşısıalınmaz qüvvə və ya hidrometeoroloji şərait nəticəsində yükvurmada yaranan fasilələr daxil edilir. Daşıyıcıdan asılı olan səbəblərə görə yükvurmanın aparılmadığı vaxt kontrstaliya vaxtına daxil edilmir.
98.4. Bu Məcəllənin 98.1-98.3-cü maddələrində müəyyən edilmiş qaydalar müvafiq olaraq yükün təyinat limanında boşaldılmasına da tətbiq edilir.
Dostları ilə paylaş: |