Madda 22. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
|
Dövlət rüsumunun məbləği
|
22.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) alınması üçün təqdim edilmiş sənədlərə rəy verilməsinə görə.
|
11 manat
|
22.2. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xususi razılıq (lisenziya) verilməsinə görə.
|
110 manatdan—22000 manatadək
|
Maddə 23. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
23.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun məbləği müəyyən edilmədiyi hallarda dövlət rüsumu bu Qanunun 22.2-ci maddəsində müəyyən edilmiş minimal hədd məbləğində ödənilir.
23.2.(Çıxarılıb)
23.3. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxsin adının, təşkilatı-hüquqi formasının dəyişdiyi halda və ya fəaliyyəti dayandırılmış xüsusi razılığın (lisenzıyanın) bərpa edilməsi hallarında xüsusi razılıq (lisenziya) yenidən rəsmiləşdirilərkən dövlət rüsumu tutulmur.
Maddə 24. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri
Dostları ilə paylaş: |