Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə106/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   102   103   104   105   106   107   108   109   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

Psixoloji baxımdan gənclər artıq öz şəxsiyyətini, qüvvəsini, xarici gözəlliyini dərk edir, gümrah, cəsarətli, inamlı olub həyata nikbincəsinə yanaşır. Onlarda həyat sevinci, yaşamaq-yaratmaq eşqi, peşəseçmə imkanları özünü daha qabarıq surətdə büruzə verir. Gənclərdə idrak fəaliyyəti öz əhatəliyi, dünyagörüşü isə bir qədər genişliyi ilə fərqlənir.
Psixoseksual baxımdan gəncliyin inkişafına gəldikdə, burada cinsi yetişmənin əsasən tamamlanması, ikinci və üçüncü cinsi əlamətlərə keçid biososial hadisə kimi özünü göstərir. Kişi və qadın olmaq, həmin rolu mənimsəmək, ailə həyatı qurmaq, məhəbbət, qadın şərəfini, kişi ləyaqətini qorumaq gənclik yaşında özünü büruzə verən yeni keyfiyyətlərdəndir. Beləliklə, psixoseksual davranışlar, cinsi həvəs, əks cinsə münasibətin dərk olunması, əxlaqi normaların, ailə münasibətində fərdi xüsusiyyətlərin qanunauyğun təşəkkülü gəncliyin inkişafının müəyyən mərhələsini təşkil edir.
Sosioloji baxımdan isə gənclər öz mahiyyəti etibarilə müstəqil və məsuliyyətli fəaliyyətə keçir. Gəncin fərdi-psixoloji mahiyyəti ictimai münasibətlərin məcmusu kimi, sosioloji varlıq kimi yetişir, həyat hadisələrinə fəal mövqedən yanaşır, pasport alır. Gənclər cəmiyyətdə, ailədə, kollektivdə özünəməxsus yer tuturlar. Onlar həyatda baş verən ictimai, siyasi, iqtisadi və mənəvi proseslərdə fəal iştirak edirlər, həyata, əməyə, başqa adamlara yetkin münasibət bəsləyirlər. Gənclərin bir qismi texniki peşə məktəblərində, kolleclərdə təhsilini davam etdirir, bir qismi işləməyə gedir, müəyyən hissəsi ali məktəblərə daxil olur.
Ümumiyyətlə, gənclik dövründə şəxsiyyət biososial-psixoloji varlıq kimi formalaşır, onlarda təşəbbüskar, prinsipial, məsuliyyətli davranış formaları təşəkkül tapır. Gənc mürəkkəb intellektual əməliyyatlar aparmağa hazır olur, onun xüsusi qabiliyyətləri sürətlə inkişaf edir. Beləliklə, gənclik dövrü yaşlılıq mərhələsinə keçidin bitməsi, özünüdərketmənin təşəkkülü sosial-psixoloji varlıq kimi formalaşma-yetişməkdə olan gənc nəslin inkişafında mühüm mərhələni təşkil edir.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin