Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Gənclərin təlim və idrak fəaliyyəti



Yüklə 277,04 Kb.
səhifə108/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   104   105   106   107   108   109   110   111   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

36. Gənclərin təlim və idrak fəaliyyəti
Plan:
1. Gənclərin təlim fəaliyyətində rastlaşdıqları çətinliklər
2. Gənclik dövründə diqqətin inkişafı
3. Gənclik dövründə qavrayışın inkişafı
4. Gənclik dövründə hafizənin inkişafı
5. Gənclik dövründə təfəkkürün və təxəyyülün inkişafı
Gənclik dövründə təlim fəaliyyəti həm məzmun, həm də forma cəhətdən yeni xüsusiyyətlərə malik olub, gənclərə daha yüksək tələblər verir. Tədris planına daxil edilmiş fənlərin mənimsənilməsi gənclərdən nəzəri təfəkkürün inkişafını, yaradıcılıq qabiliyyətinin təşəkkülünü tələb edir. Gənclərin təlim fəaliyyəti həyati əhəmiyyətə malik olmaqla şagirdin təlimə münasibətini əsaslı surətdə dəyişdirir. Təlim prosesində gənclərdə bir sıra psixoloji çətinliklər də təzahür edir. Həmin psixoloji çətinliklər onların təlim prosesində keçirdikləri gərginlik, psixi vəziyyət, emosional hal əsasında yaranır. Psixoloji çətinliklərlə qarşılaşan gəncdə tənhalıq hissi güclənir, aqresivlik halı artır, laqeydlik, əsəb, psixi xəstəliyə tutulma halları baş verir. Nəhayət, onda vəziyyətdən çıxa bilməmək, çarəsizlik halı yaranır. Gənc bu vəziyyətə düşməsini bir tərəfdən şəraitdə, başqalarının ona münasibətində axtarır, digər tərəfdən özünü günahkar sayır, özünü danlayır. Gəncləri rastlaşdığı pedaqoji çətinliklərə görə üç qrupa ayırmaq olar.
1.Gənclər şəxsiyyətlərarası münasibətləri normal saxlayır və demokratik qaydalara uyğun hərəkət edir, fəaliyyət göstərirlər.
2.Gənclər hədsiz dərəcədə sərbəstliyi ilə səciyyələnir, onların fəaliyyətində liberallıq hökm sürür.
3.Gənclər münasibətdə sərtlik, mühafizəkarlıq nümayiş etdirir, hadisələrə çox ciddi reaksiya verirlər.
Gənclərin təlim fəaliyyətində qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün təşkilati metodiki işlərdən və özünütəkmilləşdirmə, özünütərbiyə tədbirlərindən istifadəni ön plana çəkmək lazımdır.
Gənclik dövründə idrak prosesləri yeni əhəmiyyət kəsb edir. Bu dövrdə gənclərin diqqəti təlim prosesindən asılı olaraq inkişaf edir və əsasən ixtiyari xarakterə malik olur. Gənclər öz diqqətini ixtiyari olaraq bilavasitə maraq doğurmayan, lakin zəruri məsələlərin üzərinə yönəltməyə qadir olurlar. Onların tədris məşğələləri, ev tapşırıqları ixtiyari diqqətin həcmini genişləndirir, davamlılığını, mərkəzləşməsini inkişaf etdirir, gənc diqqətini bir obyektdən müvəffəqiyyətlə digərinə keçirir və bölüşdürür. İlk gənclik illərində müəllim şagirdlərdə diqqətin tərbiyəsi məsələlərinə həmişə fikir verməlidir.
Gənclik dövründə qavrayışın inkişafı mühüm rol oynayır. Bu dövrdə qavrayışın xüsusiyyətləri, xüsusilə də qavrayışın seçiciliyi, mənalılığı özünü daha qabarıq şəkildə büruzə verir. Məkan, zaman və hərəkət qavrayışı özünün dəqiqliyi ilə fərqlənir. Onlarda müşahidəçilik daha da inkişaf edir, qarşıya məqsəd qoymaq, qavrayış prosesini məqsədə tabe etmək, planlaşdırma və s. geniş, hərtərəfli xarakter alır. Böyük məktəblilər müəllimin rəhbərliyi altında faktlara nüfuz etməyi, nəticələr çıxarmağı öyrənirlər.
Gənclik yaşında hafizə məhsuldar olur, xüsusilə də mənalı ixtiyari hafizə bütün tədris fəaliyyətində mühüm rol oynayır. Bu dövrdə anlama üstünlük təşkil edir, mexaniki öyrənmə, əzbərləməyə az hallarda təsadüf olunur. Gənclər yaddasaxlamanın səmərəli üsullarından istifadə edərək yaddasaxlama prosesini şüurlu, qarşıya qoyduqları məqsəd əsasında idarə edirlər, Ümumiyyətlə, gənclik dövrü hafizənin məhsuldar, elmlərə sistemli yiyələnmə mərhələsi kimi səciyyələnir.
Gənclərin təfəkkürü özünün ardıcıllığı, genişliyi, daha çox nəzəri, mücərrəd, tənqidi xarakteri ilə səciyyələnir. Onlar hadisələri, faktları öz keçmiş bilikləri ilə əlaqələndirir, düşüncə və mühakimələrdəki düz və nöqsanları tez sezir, başqa şəxslərin davranış və rəftarında baş verən qüsurları asanlıqla müəyyən edirlər. Gənclər dərsliklərdən kənar, əlavə materiallardan istifadə edir, onlarda nəzəri, mücərrəd, məntiqi və bədii təfəkkür üstünlük qazanır. Təlim prosesində şagirdlərin müstəqilliyini artırmaq, onlarda fikri əməliyyatların və əqli keyfiyyətlərin inkişafına xüsusi diqqət yetirmək, hərtərəfli şərait yaratmaq lazımdır.
Gənclik yaşında təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Gənclərin müxtəlif yaradıcılıq sahəsinə-ədəbiyyata, incəsənətə, musiqiyə, teatra, texnikaya marağı artır. Bu da onlarda yaradıcı təxəyyülü inkişaf etdirir, arzu və xəyallarını həqiqətə çevirməyə imkan verir. Gənclərin yaradıcı təxəyyülündə daxili və xarici motivasiyadan başqa, onun qabiliyyət və fərdi xüsusiyyətlərinin də böyük rolu vardır. Elə gənclərə də təsadüf edilir ki, imkan və qabiliyyəti zəif olduğu halda özünü yaradıcı şəxs kimi göstərməyə çalışır, öz qabiliyyətsizliyini pərdələməyə cəhd edir, psixoloji müdafiənin mənfi üsullarından məharətlə istifadə edir. Dərsdə gənclərin müstəqilliyi və yaradıcı fəallığı üçün hərtərəfli şərait yaradılmalıdır.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin