Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Ünsiyyət və nitq fəaliyyəti



Yüklə 277,04 Kb.
səhifə11/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   7   8   9   10   11   12   13   14   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

5. Ünsiyyət və nitq fəaliyyəti
Plan:
1. Ünsiyyətin ümumi səciyyəsi
2. Ünsiyyətin növləri
3. Xarici nitq (şifahi və yazılı)
4. Daxili nitq
5. Nitqin əsas xüsusiyyətləri
Psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdir. Ünsiyyət-hər hansı bir adama bu və ya digər münasibəti ifadə etmək tərzidir. Ünsiyyət-iki və daha çox adamın öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsir prosesidir. Ünsiyyət tələbatı sosial tələbatdır və insan tələbatları içərisində xüsusi əhəmiyyətə malikdir. Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların içərisində nitq xüsusi yer tutur. Ünsiyyətin ekspresiv-mimik vasitələri də mümkündür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri və s. Ünsiyyətin növlərini müəyyən etmək mümkündür.
1.Şəxsiyyətlərarası ünsiyyət
2.Sosial ünsiyyət
3.Qrup ünsiyyəti
4.Maddi ünsiyyət
5.İşarə ünsiyyəti
6.Mənalı ünsiyyət və s.
Ünsiyyətin baş tutması üçün onun mövzusu müsahiblər üçün müəyyən əhəmiyyət kəsb etməlidir. Başqa sözlə, ünsiyyət təkcə informasiyanın məzmunu ilə deyil, daha çox müsahiblər üçün əhəmiyyəti ilə müəyyən olunur. Ünsiyyət dairəsi genişləndikcə, insanın münasibətlər şəbəkəsi də mürəkkəbləşir. Lakin bir cəhət aydındır ki, insanın bütün qruplarda mövqeyi adətən eyni olmur. Hətta bir qrupda liderə çevrilmiş hər hansı bir adam bəzən başqa bir qrupda onun adi üzvlərindən biri kimi iştirak edir və əksinə, bir qrupun adi üzvü başqa qrupda lider rolunda çıxış edir. Şəxsiyyətin bir qrupdakı mövqeyi onun digər qrupdakı mövqeyinin formalaşmasına bu və ya digər dərəcədə təsir göstərir. Məsələn, işlədiyi kollektivdə adamın mövqeyinin yüksək olması onun ailədəki mövqeyinə mühüm təsir göstərir. Adama öz ailəsində həyat yoldaşı, uşaqları böyük hörmətlə yanaşdıqda, bu, qonşuların ona münasibətinə mühüm təsir göstərir və s.
Müasir psixologiyada ünsiyyətin üç tərəfini fərqləndirirlər.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin