Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Ünsiyyətin kommunikativ tərəfi



Yüklə 277,04 Kb.
səhifə12/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   8   9   10   11   12   13   14   15   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Ünsiyyətin kommunikativ tərəfi-insanların birgə fəaliyyət prosesində öz aralarında müxtəlif ideya barədə fikir mübadiləsi aparmaları nəzərdə tutulur.
2.Ünsiyyətin interaktiv tərəfi-birgə fəaliyyətin qurulmasında qarşılıqlı anlaşmanın yaranmasını nəzərdə tutur.
3.Ünsiyyətin perseptiv tərəfi-insanların bir-birini qavramasını nəzərdə tutur.
Ünsiyyət prosesinə psixoloji xarakterli kommunikativ maneələr mühüm təsir göstərir. Belə çətinliklər ya müsahiblərin müəyyən fərdi psixoloji xüsusiyyətlərə malik olması, ya da onların arasında xüsusi növlü psixoloji münasibətlərin əmələ gəlməsi nəticəsində meydana çıxır. Məsələn, bir-birinə qarşı qərəz, ədavət, düşmənçilik, inamsızlıq və s. Psixoloqların fikrincə kommunikativ maneələri aradan qaldırmaq üçün adamların ünsiyyət mədəniyyətini artırmaq, onlara ünsiyyət vərdişləri aşılamaq lazımdır. Ünsiyyət mədəniyyətinin əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Ünsiyyət mədəniyyəti insan mədəniyyətinin daxili gözəlliyində öz ifadəsini tapır. Nəzakətlilik, təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabili dinləmək bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə, ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq, dərdinə şərik olmaq-bunlar ünsiyyət mədəniyyətinin əlifbasıdır. Hamı bu əlifbanı öyrənməli, mənimsəməlidir.
Nitq fəaliyyəti ünsiyyət fəaliyyətində əsas yer tutur. Nitq-insanlara məxsus olub, dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesidir. Ünsiyyətin bu forması tarixən əmələ gəlmiş və təşəkkül tapmışdır. Dil isə nitqdən fərqli olaraq insanlar arasında ünsiyyət vasitəsidir. Hər iki anlayışı müqayisə etmək olar. Dil həcm etibarilə nitqdən çox genişdir. Çünki, dil xalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Nitqin üç funksiyası vardır.
1.Siqnifikativlik-əşyaları, hərəkəti, vəziyyəti və s. adlandırmaqdır.
2.Kommunikativlik-ünsiyyət deməkdir.
3. Ekspresivlik-hərəkət deməkdir.
Ünsiyyət şəraitindən asılı olaraq nitqin iki növü ayırd edilir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin