Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Hər hansı bir fəaliyyət növünü müvəffəqiyyətlə təşkil etmək üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında məlumatın mənimsənilməsi. 2



Yüklə 277,04 Kb.
səhifə128/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   124   125   126   127   128   129   130   131   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Hər hansı bir fəaliyyət növünü müvəffəqiyyətlə təşkil etmək üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında məlumatın mənimsənilməsi.
2.Fəaliyyət növlərini təşkil edən yolların və əməliyyatların mənimsənilməsi.
3.Qarşıda duran məsələnin həllində lazım olan yolları və əməliyyatları düzgün seçmək və onlara nəzarət etmək üçün qeyd olunan məlumatlardan istifafə qaydalarını mənimsəmək. Birinci halda biliklərin, ikinci halda vərdişlərin, üçüncü halda isə bacarıqların yaranması baş verir. Təlim o zaman mümkündür ki, müəyyən bilik, bacarıq və vərdişə yiyələnmək üçün insanın fəaliyyəti şüurlu məqsədlərlə idarə olunsun.
Təlim-müəllimin rəhbərliyi altında şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesidir. Burada insanın öyrənməsi baş verir. Lakin hər cür öyrənməni təlim adlandırmaq olmaz. Yalnız mütəşəkkil, məqsədəuyğun və planlı öyrənmə prosesini təlim adlandırmaq olar. Təlim prosesində öyrədən müəllim və öyrənən şagird mövcud olur. Onların qrşılıqlı təsiri şəraitində şagird bilik və vərdişlər əldə edir, müəllim isə həmin prosesi idarə edir. Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən bir-biri ilə bağlı olan üç amildən asılıdır.
1.Nəyi öyrədirlər? Bu sahədə təlimin xarakteri öyrənilən materialın məzmunu və sistemindən asılıdır. Ona görə də təlimin məzmununun düzgün seçilməsinə xüsusi diqqət yetirilməlidir. Məzmun düzgün seçilmədikdə, sistemsiz və pərakəndə olduqda, mənimsəmənin səmərəli gedəcəyinə ümid bəsləmək olmaz. Adətən təlimin məzmunu düzgün seçilmədikdə, şagirdlərə dolaşıq, çətin, ikinci dərəcəli, o qədər də yenilik xarakteri daşımayan materiallar təqdim olunduqda onlarda asanlıqla həmin materiala qarşı psixoloji doyumluluq yaranır.
2.Kim və necə öyrədir? Bu sahədə təlimin xarakteri müəllimin şəxsi keyfiyyətindən, pedaqoji və metodiki ustalığından, şagirdlərin psixologiyasını dərindən bilməsindən və s. asılıdır. Müəllim öz şəxsi keyfiyyətləri ilə şagirdlərə nümunə olmalıdır. Müəllim şagirdlərə zəruri məlumatı verməyi, onların fəaliyyətini səfərbər etməyi, şagirdlərin əqli inkişafına təkan verməyi bacarmalıdır. Təlimin müasir metodlarından istifadə edə bilməyən müəllim öz vəzifəsinin öhdəsindən lazımınca gələ bilməyəcəkdir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin