16. Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı psixoloji çətinliklər Plan: 1. Psixoloji çətinliklərin qruplaşdırılması
2. Didaktik xarakterli çətinliklərdir
3. Psixoloji çətinliklərin yaranma səbəbləri
4. Ünsiyyət prosesinin səmərəli təşkilinin əsas amilləri
Müəllimin pedaqoji fəaliyyəti və pedaqoji ünsiyyəti həmişə rəvan, maneəsiz getmir. Müəllim bu prosesdə bir sıra psixoloji çətinliklərlə rastlaşır ki, onları nəzərə almadan və aradan qaldırmadan pedaqoji fəaliyyətin müvəffəqiyyətindən danışmaq mümkün deyildir. Müəllimin pedaqoji fəaliyyətində rastlaşdığı çətinliklərin böyük bir qismi məhz psixoloji çətinlik kimi xarakterizə olunur. Pedaqoji fəaliyyəti yerinə yetirərkən müəllimin qarşılaşdığı psixoloji çətinlikləriaşağıdakı kimi qruplaşdırmaq olar. 1.Şagirdlərlə təmas yarada bilməmək.
2.Şagirdin daxili psixoloji mövqeyini başa düşə bilməmək.
3.Dərsdə ünsiyyəti idarə edə bilməmək.
4.Qarşılıqlı münasibəti yaratmağı bacarmamaq.
5.Daxili nitqdən xarici nitqə asanlıqla keçə bilməmək.
6.Ünsiyyət prosesində öz psixi vəziyyətini idarə edə bilməmək.
Ümumiyyətlə, müəllimin qarşılaşdığı psixoloji çətinlikləri ümumiləşdirmiş olsaq onların aşağıdakılardan ibarət olduğunu söyləyə bilərik: müəllim şagirdi bütövlükdə öz inkişaf perspektivində qavraya bilmir, öz əməyini pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və şəxsiyyətlə vəhdətdə olan bir tam kimi görə bilmir, onları “müəllim-şagird” sistemi çərçivəsinə keçirə və qiymətləndirə bilmir. Pedaqoji fəaliyyət prosesində müəllimlərin rastlaşdıqları çətinliklərin bir qismi təlim prosesi ilə bağlıdır. Belə çətinliklər didaktik xarakterli çətinliklərdir və aşağıdakı formalarda cərəyan edir.
1.Şagirdlərdə təfəkkür müstəqilliyinin inkişaf etdirilməsi ilə bağlı olan çətinliklər.
2.Bacarıq və vərdişlərin formalaşdırılması ilə bağlı olan çətinliklər.