Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə146/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   142   143   144   145   146   147   148   149   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Kollektivin təşkili-hər şeydən əvvəl, pedaqoji prosesin tələblərinə uyğun olaraq müəllimlərin qarşılıqlı münasibətini, intizamını qaydaya salmaqdan, müəllimlərin seçilməsi və yerləşdirilməsi, eləcə də onların birgə fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.
2.Məqsəd yönəlişliyi-pedaqoji fəaliyyət şəraitində məktəbin idarə olunmasının sosial funksiyasının həyata keçirilməsinə yönəldilmiş məqsədlərin təşəkkülündən ibarətdir. Kollektiv üzvləri tərəfindən qəbul olunmuş məqsəd onların əmək fəaliyyətinin təşəkkülü üçün mühüm zəmin yaradır.
3.Kollektivin fəallaşdırılması-təlim və tərbiyə işində yüksək nəticələr əldə etməsinə yönəldilmiş əmək şəraitini yaratmaq və müdafiə etməkdən ibarətdir. Müəllimə yüksək tələbin verilməsi, onlarda insani münasibət, borc hissi tərbiyə etmək, kollektivdə işgüzar şəraitin yaradılması kollektivin fəallaşdırılmasının mühüm şərtləridir.
4.Kollektivin fəaliyyətinin təkmilləşdirilməsi-fasiləsiz olaraq müəllimlərin pedaqoji ustalığını artırmaq, hər bir müəllimi təlim-tərbiyə işinin müasir forma və metodlarını, qabaqcıl təcrübəni mənimsəməyə, öz şəxsiyyətini hərtərəfli inkişaf etdirməyə yönəltməkdən ibarətdir.
5.Kollektivin birliyi-müəllimlərin daxili psixoloji birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir və şəxsiyyətlərarası inteqrasiya, funksional birlik, təşkilati birlik məsələlərini əhatə edir.
6.Özünüidarəetmənin inkişafı-müəllimləri idarəetmə fəaliyyətinə cəlb etmək, onların əmək və yaradıcılıq fəallığını səmərəli təşkil etmək üçün tələbat və bacarıqları inkişaf etdirməkdən ibarətdir.
18. Məktəbə psixoloji xidmətin əsasları
Plan:
1. Məktəbə psixoloji xidmətin aspektləri
2. Məktəbə psixoloji xidmətin prinsipləri
3. Psixoloji xidmətin mərhələlər üzrə həyata keçirilməsi
İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada psixoloji biliklərin zəruriliyi duyulmasın. Hazırkı dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Müasir məktəbin qarşısında duran vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji köməyə ehtiyacı böyükdür. Biz tez-tez şagirdlərin təlimə münasibətinin zəifləməsi, tərbiyəlilik səviyyəsinin aşağı düşməsi, müəllim-şagird münasibətlərində, eləcə də müəllim-müəllim, müəllim-valideyn münasibətlərində çətinliklərin olması barədə
mülahizələrin şahidi oluruq. “Çətin” tərbiyə olunan uşaqların xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və düzgün yanaşmağı tələb edir. Pedaqoji psixologiyanın nailiyyətlərinin məktəb təcrübəsinə tətbiqinin ən perspektiv yollarından biri təhsil sisteminin bütün sahələrində psixoloji xidmətin təşkilindən ibarətdir. Bu cür xidməti həyata keçirmədən gənc nəslin təlim və tərbiyəsində istədiyimiz müvəffəqiyyətə nail ola bilmərik. Məktəbə psixoloji xidmətin üç mühüm aspekti mövcuddur:

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin