7.İddia səviyyəsi-şəxsiyyət üçün əhəmiyyətli olan obyektlər içərisində çətin və ya asan məqsədləri seçməsi ilə müəyyən olunur.
7. Qrupun psixoloji səciyyəsi Plan: 1. İnsan həyatında qrupun əhəmiyyəti
2. Böyük qruplar (kontakt və şərti)
3. Kiçik qruplar (rəsmi və qeyri-rəsmi)
4. Referent qruplar kiçik qrupların bir növü kimi
5. Sosiometriya metodu
6. Referentometriya metodu
Qrup-müəyyən cəmiyyət daxilində yaranmış, ümumi mənafe və məqsəd birliyi, müəyyən sərvət maraqları və davranış normaları olan insanların mütəşəkkil birliyidir. İnsan həyatında qrupun əhəmiyyəti çox böyükdür və aşağıdakıları qeyd edə bilərik.
1.Qrup insanın fəaliyyət göstərməsi üçün zəmindir.
2.Qrup məqsədlərin həyata keçirilməsi üçün vasitədir.
3.İnsan qrupun bir hissəsidir, onun ideyalarının daşıyıcısıdır.
4.Qrup insan üçün həyati məkandır.
Qrupun özünəməxsus sistemi və strukturu vardır. Qrup üzvləri olan hər bir kəs orada müəyyən rol və vəzifə icra edir. Psixologiyada qrupların təsnifatını apararkən ilk növbədə qrup üzvlərinin miqdarı, tanışlıq və yaxınlıq dərəcəsi nəzərə alınmaqla iki yerə ayrılır.
1.Böyük qruplar 2.Kiçik qruplar Psixoloji ədəbiyyatda böyük qrupun iki tipini-kontakt və şərti qrupları göstərirlər. Kontakt qruplara xeyli sayda insanların ümumi zaman və məkan daxilində sosial birliyi aid edilir. Belə qruplara əmək müəssisələrinin kollektivlərini, böyük məktəblərin pedaqoji kollektivlərini göstərmək olar. Bu kollektivlərdə çoxsaylı insanlar çalışır və bir-birilə bilavasitə qarşılıqlı əlaqədə olurlar. Şərti qruplarda insanlar müəyyən əlamətlərə görə birləşirlər. Bu, yaş, cinsi xüsusiyyətlər, milli mənsubiyyət, peşə və ya hər hansı başqa bir əlamət ola bilər. Şərti qrupa aid edilən insanlar çox vaxt qarşılıqlı münasibətdə olmurlar. Onlar nəinki bir-birilə görüşməyə, hətta bir-birləri haqqında tam xəbərsiz ola bilərlər. Bununla belə, bu qrupa aid edilən insanların müəyyən qismi az və ya çox dərəcədə qarşılıqlı münasibətdə ola bilərlər.