Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə19/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   15   16   17   18   19   20   21   22   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Sosiometriya
2.Referentometriya
1.Sosiometriya metodunun köməyi ilə hər bir qrup üzvünün şəxsiyyətlərarası münasibətlər sistemində simpatiya və ya antipatiya qazandığı, qrupun lideri, orta mövqe tutduğu və ya autsayderi olduğu müəyyənləşdirilir. Sosiometriya metodu ilə qısa vaxt ərzində, riyazi hesablama yolu ilə qrupda kimin kim olduğunu dəqiq müəyyənləşdirmək mümkündür. Sosiometriyada sual birbaşa qoyulur. Ümumiyyətlə sosiometriya metodu ilə insanın şəxsi və işgüzar keyfiyyətlərini qarşılıqlı münasibətlər baxımından öyrənmək mümkündür. Qrup üzvləri tərəfindən daha çox səs toplayan qrupun lideri, ən az səs toplayan və ya heç toplamayan autsayder sayılır.
Sosiometriya metodu qrup üzvlərinin emosional-psixoloji vəziyyətini, simpatiya və antipatiyanın göstəricisini müəyyənləşdirir. Əlbəttə, yalnız sosiometriya metodu ilə qrupdakı mənzərəni tam müəyyən etmək mümkün deyil. Sosiometriya yalnız münasibətlərin zahiri görünüşünü, təsvirini verir. Alınan cavablar həqiqi motivi yox, səbəbi yox, görünüşü təqdim edir. Ona görə də, bir çox hallarda sosiometriya köməkçi metod adlandırılır.
2.Hər bir qrup üzvünü qrupun məqsədi, vəzifələri, şəraiti, özünün qrupdakı rolu maraqlandırır. Deməli, qrupda şəxsiyyətlərarası münasibətlər həm də qrupda ümumi məqsəddən, fəaliyyətin məzmunundan asılıdır. Qrup üzvünün qarşıya qoyulan məqsədin yerinə yetirilməsində iştirak dərəcəsindən asılı olaraq dəyərlər sistemi formalaşır. Dəyərlər sistemindən asılı olaraq hər kəsin mövqeyi meydana çıxır. Subyektin yaxın münasibətdə olduğu insanların dairəsi ünsiyyətin referent dairəsi və ya referent qrup adlanır. Hər bir insanın öz referent qrupu olur. O, həmin referent qrupun tələbləri ilə hesablaşır, onun fikrini qəbul edir. Referent qrupdakı qarşılıqlı münasibətləri öyrənmək üçün referentometriya metodundan istifadə edilir. Referentometriya metodu zamanı sınaq olunana digər qrup üzvlərinin mövqeyi ilə tanış olmaq imkanı verilir. Bundan başqa, burada seçim imkanı (seçilənlərin sayı) məhduddur. Bu isə referent qrupa təsir etmək, onun vasitəsilə qrup üzvlərinin fəaliyyətinin səmərəliliyini yüksəltməyə imkan yaradır.
Beləliklə, referentometriyanın sosiometriyadan başlıca fərqi ondadır ki, sosiometriyada qrup üzvlərinin bir-birlərinə simpatiya və antipatiyası öyrənilirsə, referentometriyada dəyərlər amili öyrənilir.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin