Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə31/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   27   28   29   30   31   32   33   34   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

3.Diqqətin paylanması eyni vaxtda iki və daha artıq işi yerinə yetirmək bacarığı ilə xarakterizə olunur. Diqqətin paylanması bir sıra sənət sahələrində çox vacibdir (məsələn, sürücünün, təyyarəçinin, drijorun fəaliyyəti və s.). Bu sahədə lazımi vərdiş qazanmış adamlarda diqqətin paylanması müvəffəqiyyətlə baş verir. Lakin diqqət həmişə müxtəlif işlər arasında paylana bilməz. Məsələn, eyni zamanda əzbər şer deməklə yanaşı kağız üzərində mürəkkəb riyazi məsələ həll etmək çətindir. Bu halda bir fəaliyyət növü digərini ləngidir.
Diqqətin paylanması icra olunan işlərin bir-biri ilə nə dərəcədə sıx əlaqədə olmasından da asılıdır. Əgər görülən işlər eyni bir fəaliyyətin tərkibinə daxil olub bir sistem əmələ gətirirsə, diqqətin paylanması asanlaşır, əks halda isə çətinləşir. Diqqətin paylanması yaşdan da asılıdır. Uşaqlar yaşlılara nisbətən diqqəti paylamaqda daha çox çətinlik çəkirlər.
4.Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanmasında ifadə olunur. Əgər diqqət müəyyən fəaliyyətin ümumi istiqamətindən kənara çıxmırsa, davamlı diqqət sayılır. Diqqətin davamlılığı təsir edən obyektlərin və icra olunan işlərin rəngarəngliyindən, yeniliyindən, zənginliyindən, bir sözlə, dinamikliyindən asılıdır. Diqqətin davamlılığı fəaliyyət prosesində insanın fəallığından asılıdır. Diqqətin davamlılığına insanın marağı, yorğunluq dərəcəsi və s. təsir edir.
5.Diqqəti tərəddüdü onun dinamik xüsusiyyətlərindən biri olub insan şüurunun əsas obyektdən kənar obyektə keçməsi və yenə də əsas obyektə qayıtmasında ifadə olunur. Diqqətin tərəddüdü adətən, hər 2-3 saniyədən bir baş verir. Lakin insan diqqətin nəzərə çarpan tərəddüdü olmadan 20-25 dəqiqə, bəzən daha artıq müddətə gərgin diqqətlə eyni bir iş üzərində çalışa bilər.
6.Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyyətdən başqa fəaliyyətə yönəldilməsidir. Bu, fəaliyyətin ümumi istiqamətinin dəyişməsi ilə əlaqədardır. Müasir dövrdə mürəkkəb maşınların idarə olunması üçün diqqətin keçirilməsi böyük əhəmiyyətə malikdir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin