- Konkret fəaliyyət sahəsinə görə: 1. Pedaqoji psixologiya 11. Bədii yaradıcılığın psixologiyası
2. Tibbi psixologiya 12. Elmi yaradıcılığın psixologiyası
3. Hüquq psixologiyası 13. Estetik qavrayışın psixologiyası
4. Hərbi psixologiya 14. Ticarət psixologiyası
5. Kosmik psixologiya 15.Kommunal psixologiya
6. Təyyarəçilik psixologiyası 16. Parapsixologiya
7. Mühəndislik psixologiyası 17. Patopsixologiya
8. İdman psixologiyası 18. Psixoformakologiya
9. İncəsənət psixologiyası 19. Psixoterapiya
10. Əmək psixologiyası
- İnkişafın psixoloji aspektlərinə görə: 1. Yaş psixologiyası 4. Anomal inkişafın psixologiyası
2. Diferensial psixologiya 5.Psixodiaqnostika
3. Cinsi fərqlərin psixologiyası 6. Müqaisəli psixologiya
- Şəxsiyyətin cəmiyyətə münasibətinə görə: 1.Sosial psixologiya 4. İdarəetmənin psixologiyası
2. Siyasi psixologiya 5. İqtisadi psixologiya
3. Təbliğatın psixologiyası 6. Etnopsixologiya
Psixologiyanın əsas prinsipləriaşağıdakılardır.
1. Determinizm prinsipi (latınca müəyyən etmək deməkdir).
2. Sistemlilik prinsipi (hadisənin səbəblə şərtləndirilməsi).
3. Fəaliyyət prinsipi.
4. Şüur və fəaliyyətin vəhdəti prinsipi.
5. Psixikanın fəaliyyətdə inkişafı prinsipi.
Psixologiyanın tədqiqat metodları aşağıdakılardır.
1.Müşahidə metodu-iki növə ayrılır: özünümüşahidə və obyektiv müşahidə. Müşahidə psixoloji faktları öyrənmək, təsbit etmək üçün böyük əhəmiyyətə malikdir. Müşahidə vasitəsilə istər ayrıca bir şəxsin, istərsə də müəyyən qrupun psixoloji vəziyyəti barədə qiymətli məlumat əldə etmək mümkündür. Müşahidə metodu uzunmüddətli və dövrü şəkildə həyata keçirilə bilər. Uzunmüddətli müşahidə müəyyən dövr ərzində, dövrü müşahidə isə müəyyən müddət ərzində aparılır. Müşahidə metodu tədqiqat üçün çox əlverişli olsa da, bir sıra nöqsanları da vardır. Belə ki, bəzən psixi hadisələr sürətlə cərəyan edir, onları müşahidə edib qeyd aparmaq çətin olur. Deməli, yenidən təzahür etməsə onu bir daha müşahidə etmək mümkün olmur.