Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Aktiv təxəyyül müxtəlif formalarda özünü göstərir. Bərpaedici və yaradıcı təxəyyül onun əsas növləri hesab olunur. Bərpaedici



Yüklə 277,04 Kb.
səhifə40/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   36   37   38   39   40   41   42   43   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

2.Aktiv təxəyyül müxtəlif formalarda özünü göstərir. Bərpaediciyaradıcı təxəyyül onun əsas növləri hesab olunur.
Bərpaedici təxəyyül prosesində insan qavradığı təsviri özünün həyat təcrübəsinə və biliyinə uyğun olaraq gözlərinin qarşısında canlandırır. Eyni bir təsvir əsasında ayrı-ayrı adamlarda bir-birindən fərqlənən təxəyyül surətləri əmələ gəlir. Bərpaedici təxəyyül müxtəlif fəaliyyət sahələrində olduğu kimi təlim prosesində də mühüm rol oynayır. Şagird dərsdə bilavasitə qavranılması mümkün olmayan prosesləri, eləcə də keçmiş hadisələri mənimsəyərkən onların surətini məhz bərpaedici təxəyyül sayəsində yaradır. Bərpaedici təxəyyül surətləri düzgün və dəqiq olduqda xüsusilə böyük idrak əhəmiyyəti kəsb edir. Onların dəqiqliyi, hər şeydən əvvəl, şagirdin təsviri anlamaq səviyyəsindən, dolğun təsəvvürlərə malik olmasından asılıdır. Məsələn, coğrafiya xəritələrinin öyrənilməsi bərpaedici təxəyyül üçün özünəməxsus məktəbdir. Xəritə üzrə səyahətə çıxmaq və öz təxəyyülündə müxtəlif yerləri canlandırmaq adəti onları gerçəklikdə düzgün görməyə kömək edir. Müəllim şagirdləri fəallaşdırmalı, onları dəqiq bərpaedici təxəyyül surətləri yaratmağa təhrik etməlidir.
Yaradıcı təxəyyül reallaşdırılan yeni surətlərin müstəqil yaradılmasını nəzərdə tutur. Yaradıcı təxəyyül surəti müstəqil yaradılan surətdir. Məsələn, C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi onun yaradıcı təxəyyülünün məhsuludur. Bizim bu hekayə əsasında yaratdığımız surətlər isə bərpaedici təxəyyül surəti olacaqdır. Yaradıcı təxəyyül insanı sözün əsl mənasında yaradıcı şəxsiyyət kimi xarakterizə edir. Yaradıcı təxəyyül surətlərində insanın şəxsiyyəti, varlığa münasibəti, həyatı dərketmə və izahetmə bacarığı, sənətkarlığı və s. bütün aydınlığı ilə əks olunur. Yeni təxəyyül surətlərinin yaradılması prosesi bərpaedici təxəyyülə nisbətən, mürəkkəb və ziddiyyətlidir. Bu baxımdan uşaqların yaradıcı fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Ailədə və məktəbdə uşaqların yaradıcı fəaliyyətinə qayğı ilə yanaşmaq, ona düzgün istiqamət vermək zəruridir.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin