Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə41/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   37   38   39   40   41   42   43   44   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

14. Hisslər
Plan:
1. Hisslərin ümumi səciyyəsi
2. Hisslərin funksiyaları
3. Hisslərin qüvvəsi və davamlılığı
4. Stenik və astenik hisslər
5. Emosiyalar
6. Emosional vəziyyətlər
7. Ali hisslər
İnsanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesə hiss və emosiya deyilir. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun obyekti isə şəxsiyyətin özüdür. Lakin hisslər insanların hamısında eyni səviyyədə təzahür etmir. Hisslər insanın dünyagörüşündən, əqidəsindən, sərvət meylindən, həyat idealından asılıdır. Hisslər iki funksiyanı yerinə yetirir.
1.Siqnal funksiyası. Yəni hisslər ətraf aləmdə baş verən hadisələrin hansının insan həyatı üçün faydalı və ya təhlükəli olması barədə xəbər verir.
2.Tənzimetmə funksiyası. Yəni hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir.
Müxtəlif hisslərin baş verməsi ilə əlaqədar olaraq bədəndə müəyyən dəyişikliklər əmələ gələ bilər. Belə dəyişikliklər hisslərin xarici ifadəsi adlanır. Həmin xarici ifadəyə görə insanda bu və ya digər hissin baş verdiyini təyin etmək mümkündür. Müəyyən hisslərin əmələ gəlməsi ilə əlaqədar olaraq insanın tənəffüs sürəti dəyişir. Qan damarları ya genişlənir (üz qızarır), ya da büzülür (rəngi ağarır), qan təzyiqi artıb-azala bilir. Hətta imtahanların yaxınlaşdığını xatırlamaqla tələbənin qan təzyiqi 15-30% arta bilir. İnsanın mimikasına (üzün ifadəli hərəkətləri), pantomimikasına (bədənin ifadəli hərəkətləri), səsin intonasiya və tembrinə əsasən onun nə kimi hisslər keçirdiyini təyin etmək olar.
Hisslər insanın nitqində də ifadə olunur. Hətta ən dərin hisslər müvafiq tərzdə ifadə edilməsə, heç kəsə çatmaz. Odur ki, nitqin ifadəliliyinə fikir verilməlidir. Hisslərin nitqdə ifadəsi üçün danışığın ifadəli hərəkətlərlə müşayiət edilməsi zəruridir. Çünki bəzən elə hisslər olur ki, onları yalnız çılpaq sözlərin köməyi ilə ifadə etmək çətin olur. Bu zaman insanın üzünün, gözünün ifadəsi onun imdadına çatır.
İnsanda eyni bir hiss, məsələn, sevinc hissi müxtəlif qüvvədə təzahür edə bilər. İnsan axtardığı bir cismi tapdıqda, yaxın dostunu gördükdə, on illərlə görmədiyi qardaşına və ya bacısına qovuşduqda sevinir. Lakin həmin sevincin məzmunu, davamlılığı, qüvvəsi, ifadə tərzi eyni olmur. Bəzən də hisslər insanın özündən asılı olmur, insan istəsə belə bir hissi eyni bir qüvvədə saxlaya bilmir. Məlumdur ki, müəyyən bilik və vərdişlər kimi hisslər də sönüb gedir.
İnsanda hisslər yaşın artması, görüş dairəsinin genişlənməsi, həyat təcrübəsinin zənginləşməsi ilə əlaqədar olaraq dəyişilir. Məsələn, uşaq vaxtı qüvvətli olan müxtəlif hisslər aradan çıxır, onun yerini yeni hisslər tutur. Deməli, insanın həyat tərzi, şüur səviyyəsi dəyişdikcə, onun hissləri də dəyişilir, yeni əxlaqi məzmun kəsb edir.
İnsan hisslərinin başqa xüsusiyyəti də vardır. Belə ki, hisslər də bütün psixi proseslər kimi varlığı əks etdidir. Deməli, hisslər də varlığın inikasıdır. Yəni onların mənbəyi obyektiv aləm, ətraf varlıqdır. Lakin idrak proseslərində cisim və hadisələr müxtəlif şəkildə əks etdirilirsə, hisslər insanın cisim və hadisələrə bəslədiyi münasibətin ifadəsidir.
Hisslər insanın fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Hisslər fəaliyyətin mühüm motivi kimi insanı fəaliyyətə təhrik və ya fəaliyyətdən çəkindirə bilər. Bu cəhətdən hisslər fəal (stenik)qeyri-fəal (astenik) olmaqla iki qrupa ayrılır.
1.Stenik hisslər orqanizmin həyat fəaliyyətini yüksəldir, onun qüvvəsini artırır, fəaliyyətə təhrik edir. Məsələn, sevinc hissi zamanı qan damarı genişlənir, beyin qanla daha yaxşı təmin olunur, adam yorğunluq hiss etmir. Beynin qanla yaxşı təchiz olunması onun zehni və fiziki əmək qabiliyyətini də yüksəldir.
2.Astenik hisslər orqanizmin həyat fəaliyyətini zəiflədir, enerjisini azaldır. Məsələn, kədər hissi zamanı qan damarları büzülür, sifət ağarır, beyinə qan az gedir, bədənin hərarəti aşağı düşür, hərəkətlər ağır və sönük olur, adam özünü əzgin hiss edir, onun zehni fəaliyyəti zəifləyir.
Ümumiyyətlə hissləri stenik və astenik qruplarına bölmək və onlar arasında qəti sədd çəkmək doğru deyildir. Çünki eyni bir hiss şəraitdən, adamın fərdi xüsusiyyətlərindən asılı olaraq, gah stenik, gah da astenik olur. Məsələn, qorxu hissi birinin əl-qolunu bağlayır, başqası isə həmin hissin təsiri ilə hətta igidlik də göstərə bilir.
İnsanın hissləri həmişə bir-birinin əksi olur. Bu, hisslərin qütbülüyü adlanır. Məsələn, gümrahlıq-yorğunluq, sevinc-kədər, məhəbbət-nifrət. Hisslər insan həyatında mühüm rol oynayır. Belə ki, hisslər insanın psixi həyatını zənginləşdirir. Hissləri yoxsul olan insan isə yaradıcı səviyyəsinə yüksələ bilmir. İnsanın keçirdiyi hisslər zəif, qüvvətli və dərin ola bilər. Məsələn, çox sevindim-qüvvətli, bir o qədər də kədərlənmədim-zəif hisslərdir. Həddən artıq şadlıq və kədər də qüvvətli hissdir. Dərin hisslər isə insan üçün əhəmiyyəti ilə müəyyən olunur. Məsələn, məhəbbət hissləri. Dərin hisslər uzun müddət davam edir, insanın rəftarına və davranışına təsir östərir.
Emosiya daha sadə hissi hal olub ehtiyacların ödənilməsi ilə əlaqədardır. Heyvanlarda da müəyyən emosiyalar baş qaldırır. Hətta nisbətən ali heyvanlarda qəmginlik, şadlıq kimi emosiyalara təsadüf edilir. Məsələn, heyvan öz balasını itirdikdə qəmgin olur, ağlayır. Bu mənada emosiya həm insanda, həm də heyvanlarda vardır. Əlbəttə, insanda olan emosiyalar heyvanda nəzərə çarpan emosiyalardan mahiyyət etibarilə tamamilə fərqlənir. Çünki insan ictimai varlıqdır.
Nəzərə almaq lazımdır ki, hisslər uşaqlarda öz-özünə inkişaf etmir. Hər bir yaş mərhələsində uşağın hisslərinə düzgün tərbiyəvi təsir göstərmək, onları müəyyən istiqamətə yönəltmək lazımdır. Burada müəllimin düzgün rəhbərliyi böyük əhəmiyyətə malikdir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin