Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə46/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   42   43   44   45   46   47   48   49   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Müstəqillik
2.Qətiyyətlilik
3.Təkidlilik
4.Soyuqqanlılıq
5.Təşəbbüskarlıq
6.Mütəşəkkillik
7.İşgüzarlıq
8.Cəsarət
9.Mərdlik
1.Müstəqillik zamanı insan öz davranışını təsadüfü təsirlərə, ətrafdakıların təzyiqinə deyil, öz bilik, əqidə və təsəvvürlərinə əsaslanaraq müəyyən edir. Meydana çıxmış məsələlərin həllində müstəqillik göstərmək iradənin xassəsidir. Bu xassənin əksini təlqinə qapılma təşkil edir. Bu, insanın çox asanlıqla kənar təsirlər altına düşməsindən ibarətdir və onun hərəkət motivləri kənar təsirlər nəticəsində əmələ gəlir.
2.Qətiyyətlilik qərar qəbul etmək və onu düşünülmüş şəkildə həyata keçirmək qabiliyyətində ifadə olunur. Bu mühüm iradi keyfiyyətin əksini qətiyyətsizlik təşkil edir. Qətiyyətsizlik qərar qəbulu prosesində təzahür edə bilər. Belə ki, qətiyyətsiz adam tərəddüd edir, seçdiyi hərəkətin düzgünlüyünə inanmır, ona şübhə ilə baxır. Qətiyyətsizlik qəbul olunmuş qərarın həyata keçirilməsində də təzahür edir. Qətiyyətsiz adam əvvəlcə qərarın qəbulunu yubadır, sonra qəbul etdiyi qərarı dəfələrlə nəzərdən keçirir.
3.Təkidlilik insanın uzun müddət və zəifləməyən enerji gərginliyinə malik olduğunu göstərir. Onu məqsədə çatmaq yolunda meydana çıxan çətinliklər qorxutmur. Təkidlilik ilə tərslik arasında böyük fərq vardır. Tərs adam əvvəlcədən düşünülməmiş qərarından əl çəkə bilmir. Tərslik real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməməkdə ifadə olunur.
4.Soyuqqanlılıq (dözümlülük) arzuedilməz, həm də güclü təhrikedici qüvvələri özünə tabe etmək bacarığından ibarətdir. Soyuqqanlılıq insanın özü tərəfindən bəyənilməyən hisslərin cilovlamaq bacarığında ifadə olunur. Məsələn, əsəbilik, qorxu, hiddət, qəzəb, ümidsizlik affektlərini göstərmək olar.
5.Təşəbbüskarlıq öz əməyinə şüurlu münasibət bəsləyən və həmin əməyin dövlət qarşısında müqəddəs bir vəzifə olduğunu dərk edən adamlara xas olan mühüm iradi keyfiyyətdir. Təşəbbüskarlıq adətən geniş və dərin bilik, möhkəm bacarıq və zəngin təxəyyüllə əlaqədardır. Təşəbbüskar adam həmişə yüksək ictimai əhəmiyyətə malik işlərə başlayır, başqalarını da öz arxasınca aparır.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin