Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə47/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   43   44   45   46   47   48   49   50   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

6.Mütəşəkkillik məqsədə nail olmaq üçün fəaliyyəti planlaşdırmaqda və fəaliyyət zamanı ardıcıllıq göstərməkdə ifadə olunur. Məqsədi aydın dərk etmək, şəraiti ətraflı öyrənmək, bütün imkanları diqqətlə nəzərə almaq, daha əlverişli yollar seçməyi bacarmaq planlaşdırmanın düzgün və müvəffəqiyyətli olması üçün mühüm şərtlərdir. Planlaşdırma zamanı vaxtı ciddi surətdə nəzərə almaq, onu düzgün təşkil etmək çox əhəmiyyətlidir.
7.İşgüzarlıq mühüm iradi keyfiyyətlərdən biri olub, başlanan hər hansı bir işi, fəaliyyəti ardıcıl olaraq axıra qədər icra etməkdir. İşgüzar olan adam başladığı işi axıra çatdırmaqla kifayətlənməyərək işin sürətinə, keyfiyyətinə və vaxtından əvvəl icra edilməsinə xüsusi səy göstərir. İşgüzar adam bu günün işini sabaha qoymur və səhlənkarlığa heç vaxt yol vermir.
8.Cəsarət təhlükəli, lakin zəruri işə gedərkən qorxmamaqdır. Cəsarət iradəyə qüvvət verir. O, lazım gəldikdə, yüksək məqsəd uğrunda insanın öz canından keçməsində, həyatı təhlükə qarşısında olduqda belə, məqsədi uğrunda mübarizədən geri çəkilməməsində ifadə olunur.
9.Mərdlik mürəkkəb iradi keyfiyyət olub iradənin yüksək mənəvi inkişafına malik olmasının təzahürüdür. Mərdlik müəyyən bir fəaliyyət zamanı qarşıda duran təhlükəyə, qorxu hissinə qalib gəlməkdə, şəxsi mənafeyi dövlət mənafeyinə tabe etdirməkdə ifadə olunur. Mərdlik və cəsarət vəhdətdədir. Mərdliyin yüksək təzahürü qəhrəmanlıqdır.
İradi keyfiyyətlər vəhdət halında birləşərək mətin iradəni əmələ gətirən əsas keyfiyyətlərdir. Dəyərli iradi keyfiyyətlərin inkişafına şəxsiyyətin bir sıra mühüm xüsusiyyətləri təsir edir. Belə xüsusiyyətlərə qüvvətli borc hissini, həyati məqsədlərin aydınlığını, bu məqsədlərə nail olmaq ehtiraslarını aid etmək olar. İnsanın iradi keyfiyyətlərin formalaşmasında kollektivin rolu böyükdür. Əgər insan kollektivin fikri, rəyi ilə hesablaşırsa, iradə tərbiyəsində belə kollektivin rolu daha böyük olur. İradi keyfiyyətlərin qarşılıqlı əlaqə və birliyini tərbiyə işində daim nəzərə almaq lazımdır.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin