Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə48/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   44   45   46   47   48   49   50   51   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

16. Temperament
Plan:
1. Temperament haqqında ilk nəzəriyyələr
2. Sinir sisteminin xassələri
3. Sinir sisteminin tipləri
4. Temperamentin xassələri
5. Temperamentin tipləri
İnsanın psixi fəaliyyətinin dinamikasını xarakterizə edən fərdi keyfiyyətlərə temperament deyilir. Temperament yunan sözü olub “hisslərin qarşılıqlı nisbəti” deməkdir. İlk dəfə eramızdan əvvəl V əsrdə yaşamış yunan həkimi Hippokrat temperament haqqında nəzəriyyəni yaratmışdır. O, belə güman edirdi ki, temperament bədəndə olan dörd mayenin nisbətinin pozulması ilə müəyyən olunur. Həmin mayelər qan (sanqvis), linfa (fleqma), öd (xole) və qara öd (melena xole) adlanırdı. Hansı mayenin üstünlük təşkil etməsindən asılı olaraq insanın davranışında özünəməxsus xüsusiyyətlər əmələ gəlir. Temperamentin dörd tipinin adı məhz buradan götürülmüşdür. Qeyd etmək lazımdır ki, temperamentin taleyi uğurlu olmuşdur. Onlar yarandığı gündən müasir dövrə qədər nəinki psixologiyanın tarixində vətəndaşlıq hüququ qazanmış, həm də ümumişlək sözlərə çevrilmişdir.
Sonralar Roma həkimi Qalen (II əsr) temperamenti fizioloji xassə kimi xarakterizə edirdi. Alman filosofu Kant (XVIII əsr) temperamenti psixoloji xassə kimi xarakterizə edirdi. Nəhayət temperament haqqında təlimlər tarixində onun fizioloji və psixoloji xassələri haqqında təsəvvürlər dəyişdi və iki istiqamət üzrə ciddi fikir mübarizəsi başlandı. (XIX-XX əsr). Bir istiqamət temperamenti bədən quruluşu ilə, digər istiqamət isə sinir sisteminin xassələri ilə əlaqəsini göstərirdilər. Onlardan alman psixiatrı E.Kreçmer XX əsrin 20-ci illərində temperamenti insanın bədən quruluşu ilə əlaqəsini qeyd edirdi. O, iddia edirdi ki, güya hər bir bədən quruluşu tipinə müəyyən temperament xüsusiyyətləri uyğun gəlir. Amerika psixoloqları U.Şeldon S.Stivens XX əsrin 40-cı illərində temperamentin bədən quruluşu ilə əlaqəsini daha mürəkkəb sxem əsasında şərh etmək üçün təşbbüs göstərdilər. İ.P.Pavlov isə temperamentin sinir sisteminin xassələri ilə əlaqəsini kəşf etmişdir. İ.P.Pavlovun tədqiqatları sayəsində 20-ci illərin sonu-30-cu illərin əvvəllərində temperamentin öyrənilməsi sahəsində həlledici dəyişikliklər baş verdi. İ.P.Pavlov on ildən çox apardığı tədqiqatlar nəticəsində sinir sisteminin üç xassəsini müəyyən etmişdir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin