Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə5/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   2   3   4   5   6   7   8   9   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

2.Eksperiment metodu-müşahidədən fərqli olaraq nisbətən qısa müddətdə daha dəqiq nəticələr əldə etməyə imkan verir. Eksperimen metodu qusurları aradan qaldırmaq məqsədilə istifadə olunur. Belə ki, qarşıya qoyulmuş məqsədə müvafiq olaraq istənilən psixi proses bilərəkdən, müəyyən məqsəd əsasında yaradılıb öyrənilir. Eksperiment metodu laboratortəbii olmaqla iki növdə aparılır. Laborator eksperiment adətən laboratoriyada və ya xüsusi otaqlarda aparılır. Təbii eksperiment isə adi şəraitdə, məktəbdə, oyun və ya fəaliyyət prosesində aparılır.
3.Müsahibə metodu-uşaqların yaşayışını, dünyagörüşünü, əqidəsini, maraq və meyllərini, keçdiyi həyat yolunu və gələcək həyata baxışıni və s. aşkara çıxarmaqda tətbiq edilir. Hər bir müsahibənin planı olmalıdır və sorğu-sual səmimi, təbii şəkildə aparılmalıdır. Toplanmış material vaxtında təhlil edilməlidir ki, uşaq haqqında düzgün mühakimə yürütmək mümkün olsun.
4.Test metodu-müəyyən sahəyə dair uşağın malik olduğu bilik və bacarığın yoxlanılmasında istifadə olunur. Uşağın hər hansı bir işi icra etməyə nə dərəcədə yararlı və hazır olub-olmadığı müəyyən edilir. Testlərin köməyi ilə müəyyən qabiliyyətləri, vərdişləri, bacarıqları aşkar etməyə çalışırlar.
5.Sosiometrik metodu-bu və ya digər qrupda (kollektivdə) insanlar arasında qarşılıqlı münasibətləri öyrənmək məqsədilə istifadə olunur. Bu metodun köməyi ilə kollektivin istiqaməti, kollektivdə şəxsiyyətlərarası münasibətlər müəyyənləşdirilir.
6.Anket metodu-kütləvi psixoloji tədqiqat metodudur. Bu metod tədqiqata daha çox şagirdi cəlb etmək imkanı verir. Anketdə tədqiqatın məqsədinə müvafiq olaraq suallar qoyulur, şagirdlər həmin suallara cavab yazır. Həmin anket materillarını təhlil etməklə şagirdlərin psixoloji xüsusiyyətləri haqqında fikir yürütmək mümkün olur.
7.Tərcümeyi-hal metodu-şəxsiyyətin keçdiyi həyat yolunu və bunun psixi inkişafa göstərdiyi təsiri müəyyənləşdirmək məqsədi daşıyır. Bu metod vasitəsi ilə uşağın yaşadığı şərait və başqalarının ona gostərdiyi müsbət və mənfi təsirlər ardıcıl şəkildə öyrənilir. Bu metodun köməyi ilə uşağın bir şəxsiyyət kimi formalaşmasına təsir göstərən amillərin mahiyyəti açıla bilir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin