Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Psixi hadisələr obyektiv şəraitdə tədqiq edilməli, yəni necə varsa eləcə də öyrənilməlidir. 2



Yüklə 277,04 Kb.
səhifə59/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   55   56   57   58   59   60   61   62   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Psixi hadisələr obyektiv şəraitdə tədqiq edilməli, yəni necə varsa eləcə də öyrənilməlidir.
2.Psixi hadisələr dinamikada, inkişafda öyrənilməlidir.
3.Psixi hadisələr təhlil-tərkib, vahid və bütöv şəkildə öyrənilməlidir.
Qeyd etdiyimiz bu prinsiplərlə yanaşı determinizm, fəaliyyət, tarixilik, sistemlilik və digər prinsiplərdən də istifadə olunur.
Yaş psixologiyasının bir sıra tədqiqat metodları vardır.
1.Müşahidə metodu iki növə ayrılır: özünümüşahidə və obyektiv müşahidə. Müşahidəyə əvvəlcədən hazırlıq aparılır, nəyin müşahidə ediləcəyi qabaqcadan dəqiqləşdirilir. Müşahidə uzunmüddətli və dövrü şəkildə həyata keçirilə bilər. Uzunmüddətli müşahidə müəyyən dövr ərzində, dövrü müşahidə isə müəyyən müddət ərzində aparılır.
2.Eksperiment metodu qüsurları aradan qaldırmaq məqsədilə istifadə olunur. Bu, daha əlverişli, dəqiq və fəal metoddur. Eksperiment metodu laborator və təbii olmaqla iki növə ayrılır. Laborator eksperiment daha düzgün, dəqiq elmi məlumat verir, lakin burada yaradılmış süni şərait bəzən uşağa mənfi təsir göstərir və alınan nəticələr dəqiq olmur. Həmin qüsurları aradan qaldırmaq üçün təbii eksperimentə geniş yer verilir. Son zamanlar təbii eksperimentin müəyyənediciöyrədici eksperiment formasından da geniş istifadə olunur.
3.Müsahibə metodu uşaqların əqidəsini, marağını, hafizəsinin xüsusiyyətlərini və s. aşkara çıxarmaqda tətbiq edilir. Hər bir müsahibənin planı olmalıdır.
4.Test metodu müəyyən sahəyə dair uşağın malik olduğu bilik və bacarığı yoxlanılır. Testlər faktların təcrübi yolla sınaqdan keçirilməsi, qısa müddətdə dəqiq nəticələrin əldə olunması məqsədi daşıyır. Testlər hər şeydən əvvəl etibarlı və əlverişli olmalıdır.
5.Sosiometrik metodu uşaq kollektivini öyrənmək üçün istifadə olunur. Bu metodun köməyi ilə kollektivin istiqaməti, kollektivdə şəxsiyyətlərarası münasibətlər müəyyənləşdirilir.
6.Anket metodu sayca daha çox şagirdləri əhatə edib, psixi hadisələri araşdırmağa imkan verir. Anketdə tədqiqatın məqsədinə müvafiq olaraq suallar qoyulur, şagirdlər həmin suallara cavab yazır.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin