8.Fəaliyyət məhsullarının təhlili metodu-psixi hadisələrin inkişaf xüsusiyyətlərinin öyrənilməsində istifadə edilir. Məlum olduğu kimi, uşaqlar müəyyən işlər görürlər. Tədqiqat zamanı bu işlərin nəticələri təhlil edilib uşağın bacarıq və vərdişi, qabiliyyəti, onun psixi inkişaf xüsusiyyətləri haqqında müəyyən fikir yürüdülür.
3. Psixikanın və şüurun inkişafı Plan: 1. Qıcıqlanma 2. Tropizm və taksislər
3. İnstinktlər
4. Vərdişlər
5. İntellektual davranış
6.Fərdi və ictimai şüur
Psixikanın əmələ gəlməsi canlı materiyanın təşəkkülü ilə bağlıdır. Yalnız canlı materiyaya inikas formaları (əksetdirmə) xasdır. Onun ilk əlaməti qıcıqlanmadan ibarətdir. Qıcıqlanma-canlı orqanizmin, yəni bitki və heyvanların biotik təsirlərə cavab vermə qabiliyyətinə deyilir.Canlı orqanizmə biotik və abiotik təsirlər ola bilər. Birinci halda canlı orqanizm qıcığa yaxınlaşır, ikinci halda isə ondan uzaqlaşır. Bu, o deməkdir ki, hər bir canlı orqanizm bütün xarici qıcıqlara seçici münasibət bəsləyir.
Təkamül prosesində heyvanlarda qıcıqlanmanın yeni forması-həssaslıq meydana çıxır. Heyvan biotik təsirləri iyinə, rənginə və ya formasına görə fərqləndirməyə başlayır. Bu, artıq sadə formada duyğunun əmələ gəlməsi deməkdir. Beləliklə, uzunmüddətli təkamül prosesində psixika əmələ gəlir və tədricən müxtəlif formalarda (duyğu, qavrayış, hafizə) psixi proseslər kimi təzahür etməyə başlayır. Heyvanın mühitə uyğunlaşması bilavasitə onun sinir sisteminin xüsusiyyətləri ilə bağlıdır. Sinir sistemi inkişaf etdikcə, heyvanın mühitlə əlaqəsi genişlənir, mürəkkəbləşir. Sinir sistemi də təkamül prosesinin məhsuludur. Sinir sisteminin aşağıdakı növlərini fərqləndirirlər.
1.Torvari sinir sistemi-(tropizmlər, taksislər və s.).
2.Düyünlü sinir sistemi-(instinktlər, vərdişlər və s.).
3.Borulu sinir sistemi-(instinktlər, vərdişlər, intellektual davranışlar və s.).