Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə63/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   59   60   61   62   63   64   65   66   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

5.Eksperiment metodu uşaq psixikasının daha mürəkkəb təzahürlərini öyrənmək baxımından aktiv metod hesab edilir. Psixoloji eksperiment tədqiqatçıya uşağın fəaliyyətini daha dərindən tədqiq etməyə, izləməyə, tədqiqat şəraitini dəyişdirməyə imkan verir. Eksperimentin tətbiqi ilə uşaqlarda müəyyən bacarıqların səviyyəsini öyrənmək olar. Eksperiment metodu həm laborator, həm də təbii formada aparılır.
6.Test metodu psixoloji ölçmə mahiyyəti daşıyır. Testlər faktların təcrübi yolla sınaqdan keçirilməsi, qısa müddətdə dəqiq nəticələrin əldə olunması məqsədi daşıyır. Testlər hər şeydən əvvəl etibarlı və əlverişli olmalıdır. Həmçinin, testləşdirmə ciddi nəzarət tələb edir. Belə nəzarət kifayət qədər obyektiv nəticələrin alınmasına xidmət edir. Test yoxlamaları xüsusi şəraitdə, xüsusi hazırlıqdan sonra həyata keçirilir.
7.Fəaliyyət məhsullarının öyrənilməsi metodu birbaşa uşağın psixi fəaliyyətinə deyil, onun nəticələrinə yönəlmiş olur. Uşaq fəaliyyətinin məhsulları olan uşaq rəsmləri, onların hazırladıqları oyuncaqlar, fiqurlar tədqiqatçı üçün məlumat mənbəyidir. Bu metod vasitəsilə əldə edilən psixi faktlar o halda etibarlı hesab edilə bilər ki, onların hazırlanması zamanı uşağın fəaliyyəti müşahidə edilsin.
8.Riyazi-statistik təhlil metodu psixoloji tədqiqatların sonunda müxtəlif tədqiqatlar vasitəsilə əldə edilmiş faktların kəmiyyət və keyfiyyət baxımından təhlili zamanı istifadə olunur. Əldə edilmiş nəticələr müxtəlif cədvəllərdə, qrafik və diaqramlarda, faiz göstəricilərində rəqəmlərlə əks olunur.


4. Uşaq psixologiyasının yaranması və inkişafı
Plan:
1. Uşaq psixologiyasının inkişafında Y.A.Komenskinin xidmətləri
2. Uşaq psixologiyasının inkişafında K.D.Uşinskinin xidmətləri
3. Uşaq psixologiyasının inkişafında V.Preyerin xidmətləri
4. Uşaq psixologiyasının inkişafında Xollun xidmətləri
5. Uşaq psixologiyasının inkişafında Bülerin xidmətləri

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin