Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Motor reaksiyaların inkişafı 2



Yüklə 277,04 Kb.
səhifə65/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   61   62   63   64   65   66   67   68   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Motor reaksiyaların inkişafı
2.Perseptiv əməliyyatların mənimsənilməsi
3.Sosial-şəxsi səviyyə
4.Elementar intellektual davranış
Qeyd olunan mövqelərlə hesablaşmayan alman psixoloqu V.Ştern bu problemə aydınlıq göstərmək üçün müəyyən təşəbbüslər göstərmişdir. O, qeyd edirdi ki, psixi inkişaf heç də təbii olaraq verilmiş xüsusiyyətlərin təzahürü və xarici təsirlərin sadəcə olaraq mənimsənilməsi deyildir, əksinə, irsiyyət və mühitin qarşılıqlı təsiridir.
Uşaq psixologiyası tarixində məşhur simalardan biri də Avstriya psixiatrı Z.Freyddir. Onun XX əsrin əvvəllərində yaratdığı psixoanaliz adlanan nəzəriyyə indi də öz aktuallığını saxlamaqdadır. Z.Freyd belə qənaətə gəlmişdir ki, psixi inkişafda hər cür kənara çıxma hallarının səbəblərini sinir sistemində axtararkən ilk növbədə insanın şəxsi problemlərinə diqqət yetirmək lazımdır. O, belə hesab edirdi ki, problemlərin kökünü erkən uşaqlıq illərində axtarmaq lazımdır.
Psixologiya elminin nəzəri əsaslarının formalaşmasına böyük töhfə vermiş L.Vıqotski öz həmkarları ilə birgə psixikanın mədəni-tarixi inkişafı nəzəriyyəsini yaratmışdır. O, belə hesab edirdi ki, uşağın doğulması onun bioloji tip kimi mövcudluğunun sonudur və keyfiyyətcə yeni tip inkişafa-sosial inkişafa keçiddir. L.Vıqotski belə qənaətə gəlmişdir ki, həyat şəraiti uşağın psixi inkişafını birbaşa təyin etməyə qadir deyildir. Psixikanın inkişafı uşağın mühitlə hansı qarşılıqlı münasibətlərdə olmasından asılıdır. Mühitin təsirini anlamaq üçün yalnız mühitdə baş verən dəyişiklikləri deyil, həm də uşağın özündə baş verən dəyişiklikləri nəzərə almaq lazımdır.
Uşağın psixi inkişafına dialektik yanaşan fransız psixoloqu A.Vallon uşağın ontogenezdə inkişafını mərhələlər üzrə göstərmişdir. O, qeyd edirdi ki, bu mərhələlərin hər biri uşağın psixikasında baş verən kəmiyyət və keyfiyyət dəyişmələrinin nəticəsidir. Həmin mərhələlər aşağıdakılardır.
1.Bətndaxili mərhələ.
2.Hərəki impulsiv mərhələ(doğulduqdan 6 ayadək)

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin