Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Əqli inkişafın fəal zonası



Yüklə 277,04 Kb.
səhifə70/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   66   67   68   69   70   71   72   73   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Əqli inkişafın fəal zonası. Bu zonaya malik olan şagird gündəlik dərsləri, verilmiş təlim tapşırıqlarını müstəqil surətdə yerinə yetirir, özü başqasının köməyi olmadan dərsdə müvafiq materiallardan istifadə edir. Müəllimin şərh etdiyi bəzi cəhətləri izah etməyə təşəbbüs göstərir və nəhayət onda əqli inkişaf elə bir səviyyəyə çata bilir ki, sonralar hər hansı bir məsələni heç kimə ehtiyacı olmadan həll edə bilir. Bütün bunların nəticəsində şagird bilikləri müstəqil mənimsəyir, elmlərin əsaslarına özü yiyələnməyi bacarır.
2.Əqli inkişafın yaxın zonası. Bu zonaya malik olan şagird bir növ yaşlıların, müəllimin köməyilə daha yüksək nailiyyət əldə edə bilir. L.Vıqotski bu münasibətlə yazır: “Uşaq nəyi ki, yaşlının köməyilə etmək iqtidarındadır, bu onun yaxın inkişaf zonasını göstərir”. Beləliklə, yaxın inkişaf zonası uşağın sabahkı gününü, onun inkişafının dinamik vəziyyətini müəyyənləşdirməkdə bizə köməklik göstərir. Təlim öz səmərəli nəticəsini vermək və şagirdlərin əqli inkişafına əsaslı təsir göstərmək üçün məhz inkişafın yaxın zonasına uyğun təşkil olunmalıdır. Təlimin məzmununu, forma və vasitələrini seçərkən bu tələb birinci tələb kimi nəzərə alınmalıdır. L.Vıqotski haqlı olaraq göstərir ki, uşağın
öyrənməyə qabil olmadığı işləri ona öyrətməyə çalışmaq, onun müstəqil yerinə yetirə bildiyini ona öyrətmək qədər mənasızdır.
Azərbaycan psixoloqları (Ə.Bayramov, Ə.Qədirov) təlimin əqli inkişafda oynadığı rolu xarakterizə edərək göstərirlər ki, təlim o zaman inkişafetdirici olur ki, o, şagirdlərə müəyyən bilik, bacarıq sistemini mənimsədir və eyni zamanda onları fikri fəaliyyətə yönəldir.
Yalnız əqli inkişaf səviyyəsini müəyyən etdikdən sonra hər bir yaşda şagirdə nə qədər bilik verməyin zəruriliyini dəqiqləşdirmək mümkündür. Bununla əlaqədar təlim prosesində şagirdlərə hansı bilikləri və necə öyrətməli sualları meydana çıxır. Bu isə şagirdin əqli inkişafı ilə təlim prosesi arasındakı qarşılıqlı münasibət məsələsini, təlim-tərbiyənin inkişafetdirici xarakterini ortaya çıxarır. Təlim və tərbiyə prosesinin inkişafetdirici xarakterə malik olması üçün aşağıdakı əsas şərtlərə əməl edilməlidir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin