1.Oyun zamanı situativ motivlərin əsas motivlərə tabe edilməsi prosesi gedir.
2.Əsas motivlərin özündə uşağın öz üzərinə rollar götürməsi ilə bağlı olan tiplərin formalaşması baş verir.
Uşaqda motivlərin yaranma səbəblərini oyunlarda axtarmaq lazımdır. Oyun fəaliyyəti uşağın inkişafında motivləşmənin əsasını təşkil edir. Oyunda motivlərin bir-birini əvəz etməsi prosesi baş verir. Bu fəaliyyət forması vasitəsilə uşaq ətraf aləmi dərk edir, onun təfəkkürü, iradi-emosional sferası inkişaf edir. Uşaqlar oyun fəaliyyəti vasitəsilə yaşlıların həyatına daxil olur, onlar arasındakı qarşılıqlı münasibətləri öz həyatlarına köçürürlər. Burada ən ciddi təsir subyekti oyunun süjeti, onun məzmunudur. Beləliklə, oyun prosesində uşaqlar gerçəkliyin oyun modelini yaratmaqla öz aralarında qarşılıqlı münasibətlər əsasında birləşmiş olurlar. Belə fəaliyyət fonunda motiv möhkəmlənir, sabitləşir, insana məxsus yeni məzmun kəsb edir. Oyun təkcə motivin yaranması vasitəsi deyil. Bu prosesdə motiv həm də öz-özünə yaranır. Deməli, oyun yalnız vasitə deyil, eyni zamanda səbəbdir.
Məktəbəqədər yaş dövründə uşaq oyunlarının çoxsaylı formaları arasında uşağın psixikasının inkişafına fəal təsiri baxımından rollu-süjetli oyunlarıxüsusi qeyd etmək lazımdır. Belə oyunlar zamanı ən ciddi məsələlərdən biri oyunun süjetinin ətraf mühitdən götürülməsi, maraqlı olması, xüsusi təəssürat yaratmasıdır. Rollu-süjetli oyunlar uşaqların fantaziyasını genişləndirir, yaradıcı qabiliyyətlərinin ilk formalarını aşkara çıxarır. Bunlar isə şəxsiyyətin inkişafının ən qiymətli faktları kimi psixikanın “qızıl fondunu” təşkil edir.
Kollektiv rollu oyunda uşaq sosial normaları daha səmərəli mənimsəyir. Əxlaqi mühakimələr, mənəvi meyllər, əməkdaşlıq marağı, yeni fəaliyyət formasına alışma imkanı yaranır. Bu isə nəticədə uşağın davranışına yeni çalarlar-iradi məzmun, sosial dəyər, fərdi xarakter, etik görünüş verir.
17. Məktəbəqədər yaş dövründə uşaq şəxsiyyətinin inkişafı