1.İxtiyari hərəkətlər 2.Qeyri-ixtiyari hərəkətlər İnsanın istənilən fəaliyyətini aşağıdakı mərhələlərə, tərkib hissələrinə ayırırlar.
- məqsədin müəyyənləşdirilməsi;
- işin planlaşdırılması;
- işin icra olunması;
- nəticələrin yoxlanması;
- səhvlərin aradan qaldırılması;
- nəzərdə tutulan nəticə ilə alınan nəticənin müqayisəsi;
- işin yekunlaşması;
- qiymətləndirmə;
İnsanda müxtəlif fəaliyyət növlərinin meydana gəlməsi və inkişafı mürəkkəb bir prosesdir. Fərdin inkişafında bir-birindən fərqlənən üç əsas fəaliyyət növü ayırd edilir.
1.Oyun-insana məxsus praktik davranış forması əsasında inkişaf edir. Oyun uşaqları ətraf mühiti dərk etməyə, təlim və əmək fəaliyyətinə hazırlayır. Məhz oyun prosesində uşaqlar ünsiyyət və münasibətləri mənimsəyir, sosial həyata hazırlaşırlar. Uşaq oyun prosesində yalnız oyun tələbatını ödəmir, həm də praktik fəaliyyəti mənimsəyir, mənəvi və fiziki həyata hazırlaşır. Uşaqda məhz oyun prosesində yoldaşlıq, dostluq, kollektivçilik və s. hisslər inkişaf edir. Oyun uşağı hadısələrin dil təcrübəsini mənimsəməkdə və ona istinad etməkdə məşq etdirir.
2.Təlim-müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesidir. Təlim fəaliyyəti təkcə insanı zəruri bilik, bacarıq və vərdişlərlə təmin etmir. O, eyni zamanda insanda özünün psixoloji proseslərini idarə etmək, həll ediləcək işlərini təşkil etmək və istiqamətləndirmək bacarığı formalaşdırır. Təlim fəaliyyəti inkişafetdirici olmalıdır və tərbiyəedici xarakter daşımalıdır. Təlim prosesində şəxsiyyət formalaşır, məqsədyönlülük, dözümlülük, qarşılıqlı kömək hissi və s. keyfiyyətlər inkişaf edir. Təlim tərbiyə ilə vəhdətdədir və onlar birlikdə şəxsiyyəti formalaşdırır.
3.Əmək-müəyyən ictimai-aydalı, maddi və ya ideal məhsullar istehsalına yönəlmiş fəaliyyətdən ibarətdir. Əmək fəaliyyəti insanın aparıcı, əsas fəaliyyətidir. Əmək insanın yaranmasında həlledici rol oynayır. İnsanın ən zəruri ehtiyacları əmək fəaliyyəti sayəsində təmin olunur. İstənilən əmək növündə təkmilləşmə, yeninin yaradılması baş verir və o, yaradıcı xarakter daşıyır. Yaradıcı fəaliyyət nəticəsində yeni, orijinal məhsul meydana çıxır. Yaradıcı fəaliyyət insandan müəyyən qabiliyyət, işə sonsuz maraq tələb edir. İstedadlı insanlar yalnız istedadın gücünə deyil, həm də əməyin hesabına uğur qazanırlar. L.N.Tolstoy istedadı fasiləsiz, gərgin əməyin məhsulu hesab edirdi.
İnsanlar demək olar ki, həyatları boyu hər üç fəaliyyət növü ilə məşğul olurlar. Lakin müxtəlif yaş mərhələlərində onlar fərqli məna kəsb edirlər. Məktəbə daxil olana qədər uşağın əsas fəaliyyət növü oyundur. Bununla belə o, müəyyən qədər təlim fəaliyyəti ilə də məşğul olur. Məktəblinin isə əsas fəaliyyət növü təlimdir. Amma boş vaxtlarında o, həvəslə oyunla məşğul olur. Yaşlı adamların isə əsas fəaliyyət növü əməkdir. Lakin bununla belə o, boş vaxtlarında oxuyur, müəyyən oyunlar oynayır.