Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə117/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   113   114   115   116   117   118   119   120   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

Psixokorreksiyanın köməyi ilə psixoloq maraqlandığı şəxsə bilavasitə psixoloji-pedaqoji təsir göstərir. Psixokorreksiya zamanı şagirdlərin şəxsiyyətində, əqli inkişafında, emosional iradi xüsusiyyətlərində özünü göstərən çətinliklər aradan qaldırılır.

3. Tərbiyə psixologiyasının ümumi əsasları
Plan:
1. Tərbiyənin ümumi səciyyəsi
2. Tərbiyə prosesinin mahiyyətini təşkil edən cəhətlər
3. Tərbiyə prosesində yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması
4. Tərbiyə prosesində şagirdlərin tələbat sahəsinin öyrənilməsi
5. Tərbiyə prosesində konkret şəraitin nəzərə alınması
6. Tərbiyənin məqsədinin düzgün müəyyənləşdirilməsi
Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. Bu mühüm vəzifənin həyata keçirilməsində məktəb və müəllimlərimiz həlledici mövqe tutur. Bununla əlaqədar olaraq məktəb yüksək əxlaq prinsipləri ilə yaşamağa və işləməyə, birgəyaşayış qanunlarına sözsüz əməl etməyə daxili tələbat oyatmalıdır. Ona görə də şəxsiyyətin necə formalaşması və bu prosesə təsir edən amillər diqqəti birinci növbədə cəlb edən cəhətlərdəndir. Bu baxımdan ilk növbədə nəyi tərbiyə etmək məsələsi, başqa sözlə şəxsiyyətin strukturunu, keyfiyyətlərini və xassələrini dəqiqləşdirmək lazım gəlir. Kiçik yaşlardan bir-birinə qarşı tələbkarlıq, vicdanlılıq, doğruçuluq, xeyirxahlıq, prinsipiallıq, mətinlik və mərdlik tərbiyə etmək çox vacibdir. Görkəmli pedaqoq A.S.Makarenkonun dediyi kimi, tərbiyənin mahiyyəti ondan ibarətdir ki, yaşlı nəsil bu prosesdə özünün təcrübəsini, ehtiraslarını, inamını kiçik nəslə verir. Pedaqoji psixologiyada tərbiyə ilə bağlı çoxlu sayda tərif qeyd olunur. Onlardan bəzilərini qeyd edək.
Tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən inkişafının idarə olunmasıdır.
Tərbiyə dedikdə şəxsiyyətin formalaşması prosesinə rəhbərlik və onun idarə olunması nəzərdə tutulur.
Tərbiyə idarə etmək məqsədilə təsir göstərmə prosesidir.
Tərbiyə prosesinin mahiyyətini təşkil edən və psixoloji baxımdan bir-birilə bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazım gəlir:

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin