Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə122/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   118   119   120   121   122   123   124   125   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

Özünütərbiyə insanın şüurlu olaraq qarşısına qoyduğu məqsədə, ideal və inamlarına müvafiq olaraq öz şəxsiyyətində dəyişikliklər etməyə yönəlmiş fəaliyyətindən ibarətdir. İnsanın arzu etdiyi keyfiyyətləri özündə inkişaf etdirməsi və ya malik olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən ötrü özünə müntəzəm surətdə təsir etməsi, rəftar və davranışını təkmilləşdirmək qayğısına qalması özünütərbiyə adlanır. Özünütərbiyənin həyata keçməsi üçün şəxsiyyətin müəyyən inkişaf səviyyəsinin, eləcə də özünü daim təkmilləşdirmək vərdişlərinin olması tələb edilir. İnsanın yaşadığı ictimai şərait, aldığı təlim və tərbiyə onun özünütərbiyəsində həlledici rol oynayır. Həyati faktlar özünütərbiyənin geniş imkanlara malik olduğunu bir daha təsdiq edir. Bir çox görkəmli adamlar uşaqlıqdan pis təlim-tərbiyə almalarına baxmayaraq gənclik və sonrakı dövrlərdə özünütərbiyənin köməyi ilə öz davranış və rəftarlarındakı qüsurları aradan qaldıra bilmişlər. Məsələn, görkəmli rus yazıçısı L.N.Tolstoyun özünün etirafına görə o, uşaqlıq və ilk gənclik dövründə öz xarakterində, davranışında olan qüsurları, o cümlədən tənbəllik, lovğalıq, şöhrətpərəstlik və s. kimi cəhətləri görə bilmiş və həmin qüsurlara qarşı ciddi döyüş elan etmişdir. Bütün həyatı boyu özündə əməksevərlik, humanizm, düzgünlük, cəsarətlilik kimi keyfiyyətləri tərbiyə etmişdir.
Özünütərbiyə bir növ özünüidarə deməkdir. Həm də özünütərbiyə özünüidarənin ən ali forması kimi özünü göstərir. Özünütərbiyə şəxsiyyətin müəyyən inkişaf mərhələsində meydana gəlir və onun inkişafına təsir göstərir. Deməli özünütərbiyə şəxsiyyətin əxlaqi-psixoloji yetkinliyinin müəyyən səviyyəsində özünü göstərir. Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, özünütərbiyə tələbatı aydın şəkildə özünü yeniyetməlik dövründə göstərməyə başlayır. Yeniyetmələr birinci növbədə özlərində olan iradi nöqsanları aradan qaldırmağa və özlərində möhkəm iradəli adamlara xas olan cəsarət, mərdlik, dözümlülük, təkidlilik kimi iradi keyfiyyətləri tərbiyə etməyə cəhd edirlər. İlk gənclik dövründə özünütərbiyə fiziki, iradi və mənəvi özünütəkmilləşdirməyə xidmət edir. Məktəblilər ən çox özlərində düzlük, mehribanlıq, rəhmlilik, səxavətlilik, dosta, yoldaşa qarşı sadiqlik, daima ona kömək etməyə hazır olmaq və s. kimi keyfiyyətləri tərbiyə etməyə can atırlar. Yaş artdıqca özünütərbiyənin məqsədi də dəyişir. Ümumiyyətlə, özünütərbiyə bir növ özünüinkişaf amili kimi qocalıq dövrünə qədər özünü göstərir. Aparılmış psixoloji tədqiqatlar özünütərbiyənin bir sıra motivlərini aşkara çıxarmışdır.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin