Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı



Yüklə 277,04 Kb.
səhifə143/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   139   140   141   142   143   144   145   146   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

16. Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı
psixoloji çətinliklər
Plan:
1. Psixoloji çətinliklərin qruplaşdırılması
2. Didaktik xarakterli çətinliklərdir
3. Psixoloji çətinliklərin yaranma səbəbləri
4. Ünsiyyət prosesinin səmərəli təşkilinin əsas amilləri
Müəllimin pedaqoji fəaliyyəti və pedaqoji ünsiyyəti həmişə rəvan, maneəsiz getmir. Müəllim bu prosesdə bir sıra psixoloji çətinliklərlə rastlaşır ki, onları nəzərə almadan və aradan qaldırmadan pedaqoji fəaliyyətin müvəffəqiyyətindən danışmaq mümkün deyildir. Müəllimin pedaqoji fəaliyyətində rastlaşdığı çətinliklərin böyük bir qismi məhz psixoloji çətinlik kimi xarakterizə olunur. Pedaqoji fəaliyyəti yerinə yetirərkən müəllimin qarşılaşdığı psixoloji çətinlikləri aşağıdakı kimi qruplaşdırmaq olar.
1.Şagirdlərlə təmas yarada bilməmək.
2.Şagirdin daxili psixoloji mövqeyini başa düşə bilməmək.
3.Dərsdə ünsiyyəti idarə edə bilməmək.
4.Qarşılıqlı münasibəti yaratmağı bacarmamaq.
5.Daxili nitqdən xarici nitqə asanlıqla keçə bilməmək.
6.Ünsiyyət prosesində öz psixi vəziyyətini idarə edə bilməmək.
Ümumiyyətlə, müəllimin qarşılaşdığı psixoloji çətinlikləri ümumiləşdirmiş olsaq onların aşağıdakılardan ibarət olduğunu söyləyə bilərik: müəllim şagirdi bütövlükdə öz inkişaf perspektivində qavraya bilmir, öz əməyini pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və şəxsiyyətlə vəhdətdə olan bir tam kimi görə bilmir, onları “müəllim-şagird” sistemi çərçivəsinə keçirə və qiymətləndirə bilmir.
Pedaqoji fəaliyyət prosesində müəllimlərin rastlaşdıqları çətinliklərin bir qismi təlim prosesi ilə bağlıdır. Belə çətinliklər didaktik xarakterli çətinliklərdir və aşağıdakı formalarda cərəyan edir.
1.Şagirdlərdə təfəkkür müstəqilliyinin inkişaf etdirilməsi ilə bağlı olan çətinliklər.
2.Bacarıq və vərdişlərin formalaşdırılması ilə bağlı olan çətinliklər.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin