Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə51/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   47   48   49   50   51   52   53   54   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

17. Xarakter
Plan:
1. Xarakterin ümumi səciyyəsi
2. Xarakterin temperament və qabiliyyətdən fərqli cəhətləri
3. Ünsiyyət prosesində xarakterin təzahürü
4. Xarakterin insanın dünyagörüşü və əqidəsindən asılılığı
5. Xarakterin əsas əlamətləri
Xarakter şəxsiyyətin gerçəkliyə münasibətini ifadə edib, fəaliyyət və rəftarında özünü göstərən mühüm fərdi xüsusiyyətlərin məcmusudur. Qədim zamanlardan başlayaraq xarakter problemi filosofların, şairlərin, həkimlərin, pedaqoqların diqqətini cəlb etmişdir. Orta əsrlərdə, xüsusilə XVI-XVII əsrlərdə Monten, Labryuyer, Laroşfuk kimi mütəfəkkirlər müxtəlif insan tiplərini ustalıqla təsvir etmişlər. N.Tusinin “Əxlaqi-Nasir” əsəri də insan xarakteri sahəsində incə müşahidələrlə zəngindir. Kantın fikrincə (XVIII əsr), xarakter həyat prosesində qazanılır. Lakin fərdi xüsusiyyətləri şərh edərkən Kant irsi və həyatda qazanılan xüsusiyyətləri bir-birindən ayırmır. XIX əsrdə xarakter sırf psixoloji planda işlənmişdir. XX əsrdə isə xarakter anlayışı altında şəxsiyyətin bütün xassələri şərh olunmuşdur. Çox maraqlıdır ki, bütün dövrlərdə başqa adamı tanımaq, onun xarakterini müəyyən etmək psixoloji məharətin əsas əlaməti hesab olunmuşdur.
İnsanın xarici görünüşü, bədən və üzün xüsusiyyətləri, dərinin rəngi xarakteri müəyyən etmək üçün əsas ola bilməz. Çünki dərinin rəngi, üzün gözəlliyi xarakterlə əlaqəsi olmayan xüsusiyyətdir. Adamı onun geyiminə, yerişinə, danışıq ədasına, nəhayət, özü haqqında yürütdüyü fikirlərə əsasən xarakterizə etmək də eyni dərəcədə səhvdir. Deməli, adamları əsas etibarilə fəaliyyət prosesində öyrənmək və bu zaman necə hərəkət etdiklərinə görə onlar haqqında fikir yürütmək lazımdır. Çünki şəxsiyyətin çox mühüm və mürəkkəb fərdi psixoloji xüsusiyyətlərindən biri olan xarakter ictimai fəaliyyət prosesində təzahür edib, təşəkkül tapır. Bununla yanaşı insanın öz fəaliyyətinə necə münasibət bəslədiyini, onu necə icra etdiyini də öyrənmək çox vacibdir. İnsanın öz qarşısına hansı məqsədlər qoyması, onlara nail olmaq üçün zəruri olan fəaliyyətin necə yerinə yetirilməsi şəxsiyyəti xarakterizə etmək üçün çox böyük əhəmiyyətə malikdir.
Xarakter insanın ən başlıca fərdi-psixoloji xüsusiyyətlərindən biridir. Temperament və qabiliyyətdən fərqli olaraq xarakterdən danışanda insanın davranış və rəftarında özünü göstərən xüsusiyyətlərə diqqət yetiririk. Biz xarakter deyəndə bu xüsusiyyətlərin məcmusunu nəzərdə tuturuq. Xarakter anlayışına insanın hər bir xüsusiyyəti daxil edilmir. Əgər hər hansı bir adam ömründə bir dəfə xeyirxahlıq etmişdirsə, buna xarakter əlaməti demək olmaz. Xeyirxahlıq yalnız davamlı xüsusiyyət kimi özünü göstərəndə xarakter əlamətinə çevrilir. Biz hər hansı bir adamın xarakterini bildikdə, onun müəyyən bir cisim və hadisəyə necə münasibət bəsləyəcəyini, müəyyən vəziyyət və şəraitdə necə hərəkət edəcəyini, ondan nə gözlədiyimizi əsas etibarilə əvvəlcədən deyə bilərik.
Xarakter fəaliyyət və ünsiyyət prosesində əmələ gəlir. Onun formalaşması müxtəlif sosial qruplarda insan münasibətlərinin xüsusiyyətləri ilə bağlıdır. Məsələn, iki uşaq təsəvvür edək. Onlardan biri küsəyən, digəri isə səmimi və ünsiyyətlidir. Onların böyüdüyü ailədə ata-ana, ana-uşaqlar, bacı-qardaş və s. münasibətlərin xarakterinə diqqət yetirək. Məlum olacaq ki, birinci ailədə ata-ana münasibətləri küsəyənliklə fərqlənir və bu əsasda da uşaqlarda müvafiq xarakter əlaməti formalaşır. İkinci ailədə isə ata-ana münasibətləri səmimi xarakter daşıyır və uşaqlarda da bu xarakter əlaməti formalaşır. İki ailə münasibətlərində çıxardığımız nəticəni bütün uşaqlara eyni dərəcədə aid etmək olmaz. Uşağın küsəyən olub-olmamağı onun ailə münasibətlərində tutduğu mövqedən, həmin münasibətləri necə başa düşməsindən, hansı keyfiyyətləri yüksək qiymətləndirməsindən, küsəyənliyi mənfi və ya müsbət keyfiyyət hesab edib-etməməyindən və s. asılıdır.
Xarakter şəxsiyyətin dünyagörüşü və əqidəsindən bilavasitə asılıdır. Psixologiyada bu asılılığı ifadə etmək üçün münasibət anlayışından istifadə edirlər. İnsanın psixi həyatının bütün cəhətləri bu və ya digər dərəcədə onun münasibətləri ilə bağlıdır. Xarakter əlamətləri də bu zəmində formalaşır və inkişaf edir. İnsanın münasibətləri öz əksini onun xarakter əlamətlərində tapır. Xarakterin özü formalaşdıqdan sonra davranışın təsirli təhrik vasitəsinə çevrilir. İnsan bəzən öz xarakterindən narazı qalsa da, hətta münaqişə şəraitinə düşsə belə, başqa cür hərəkət edə bilmir. Onlar bu cəhəti aydın başa düşür, “xarakterim belədir” deyə özlərinə haqq qazandırırlar. Bu, insanda müəyyən əqidənin formalaşması ilə bağlıdır.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin