Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Əşyalara münasibəti ifadə edən xarakter əlamətləri



Yüklə 277,04 Kb.
səhifə53/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   49   50   51   52   53   54   55   56   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

4.Əşyalara münasibəti ifadə edən xarakter əlamətləri. Buraya ilk növbədə zövq aiddir. Zövq insanın müxtəlif cisim və hadisələrə bəslədiyi münasibətdə ifadə olunur. Əşyalara münasibətin məzmunu çox əhəmiyyətlidir. Məsələn, fəhlə lazım olan alətləri təmiz və səliqəli saxlayır, sürücü sürdüyü maşını həmişə təmiz və saz olması qayğısına qalır. Bunun əksi olan hallar isə mənfi qiymətləndirilir və tənqid edilir. Təbiətə münasibətdə də adamlar bir-birindən fərqlənirlər. Təbiətə laqeyd yanaşan adamlara rast gəlmək olur. Təbiəti sevən, onun gözəlliklərindən zövq alan adamlar da vardır. Ümumiyyətlə, insanın sərvətə, var-dövlətə münasibəti, səliqəlilik, pintilik, qayğıkeşlik və s. kimi xarakter əlamətləri vardır.
Xarakter əlamətləri bir-birilə üzvi surətdə əlaqədardır. Məsələn, özünə hörmət etməyən adam başqalarına da hörmət etmir. Bu o deməkdir ki, insanın özünə münasibətini ifadə edən xarakter əlamətlərini onun başqa adamlarla münasibətlərini ifadə edən xarakter əlamətləri ilə qarşılıqlı əlaqədə təhlil etmək lazımdır. Xarakterin digər əlamətləri haqqında da eyni sözləri demək olar. İnsan xarakterinin bütövlüyündən danışanda da xarakter əlamətlərinin qarşılıqlı əlaqədə olmasını nəzərə alırlar. Tutaq ki, uşaqda kobudluq kimi xarakter əlaməti özünü göstərir. Tərbiyəçi (ana və ya müəllim) bu mənfi cəhəti aradan qaldırmaq üçün onda nəzakətlilik kimi müsbət xarakter əlaməti tərbiyə etməyə çalışır. İlk baxışda adama elə gəlir ki, tərbiyəçi məsələyə düzgün yanaşır. Halbuki ona psixoloji baxımdan haqq qazandırmaq olmaz. Çünki, kobudluq uşağın başqa insanlara münasibəti ilə bağlıdır. Kobudluğu aradan qaldırmaq üçün onun, birinci növbədə, insanlara münasibətini dəyişmək lazımdır. Uşaqlarda insanlara düzgün münasibət tərbiyə etmədən, kobudluğa qarşı mübarizə aparmaq və nəzakət tərbiyə etmək mümkün deyildir.
İnsanın başqa adamlara, əməyə, özünə və əşyalara münasibəti dəyişdikcə, onun xarakteri də dəyişilir. Xarakter əlamətləri yalnız uşaq yaşlarında deyil, bütün ömür boyu inkişaf edir və tərbiyə olunur. Adamların böyük əksəriyyəti öz xarakterlərində 25-55 yaşlar arasında müəyyən dəyişikliklər baş verdiyini qeyd edirlər. Məsələn, C.Cabbarlının “Sevil” əsərində Sevilin xarakterində əmələ gələn dəyişiklik buna ən yaxşı misal ola bilər. Sevilin özünə və başqa adamlara münasibətləri məlum səbəblərə görə dəyişmiş, buna müvafiq olaraq onun xarakteri də köklü surətdə dəyişilmişdir. Buradan belə nəticə çıxarmaq olar ki, insanın xarakterini dəyişmək üçün onun başqa adamlara, əməyə, özünə və əşyalara münasibətini dəyişmək lazımdır. Xarakter ailədə, uşaq bağçasında, məktəbdə, əmək kollektivlərində insanlarla birgə fəaliyyət və ünsiyyət şəraitində formalaşır. Bu prosesdə tərbiyə ilə yanaşı özünütərbiyə də mühüm rol oynayır. İnsan öz üzərində müntəzəm işləməklə, bu və ya digər müsbət xarakter əlamətinin möhkəmlənməsinə, mənfi cəhətlərin isə yox olmasına səy göstərməklə öz xarakterini tərbiyə və yenidən tərbiyə edə bilər. Xarakterin tərbiyəsi və yenidən tərbiyəsinin əsas qanunauyğunluğu belədir.
Xarakter əlamətləri ibtidai siniflərdə kiçik məktəblinin başqa adamlarla, yaşıdları ilə ünsiyyəti, müəllimlərlə qarşılıqlı münasibətləri prosesində daha bariz şəkildə inkişaf etmək imkanı qazanır. Xarakter əlamətləri yeniyetməlik dövründə daha da inkişaf edir, möhkəmlənir. Onun mənəviyyatı və dünyagörüşünün əsaslı inkişafı isə erkən gənclik dövründə formalaşır.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin