Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə62/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   58   59   60   61   62   63   64   65   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

2. Əkizlər metodu
3. Ana gündəlikləri metodu
4. Söhbət (sorğu) metodu (klinik, diaqnostik, anket)
5. Eksperiment və test metodu
6. Fəaliyyət məhsullarının öyrənilməsi və riyazi-statistik təhlil metodu
Uşağın psixikası digər yaş qruplarına aid edilən insanların psixikasından fərqləndiyinə görə onun tədqiqat metodları da məzmunca spesifik cəhətlərə malikdir. Uşaq psixologiyasının tədqiqat metodları uşağın inkişafının psixi faktlarını aşkara çıxarmaq metodudur. Uşağın inkişafını müşahidə edən, izləyən hər bir ana, tərbiyəçi bu inkişafın necə baş verdiyi haqqında çoxsaylı faktlar göstərə bilər. Lakin belə faktların elmi cəhətdən obyektivliyinə heç də həmişə ümid bəsləmək olmaz. Çünki, onların əksəriyyətinin psixoloji təhsili olmadığına görə, belə faktlar subyektiv xarakter daşıyır. Müasir uşaq psixologiyasında uşağın psixi həyatının öyrənilməsində başlıca olaraq aşağıdakı metodlardan istifadə olunur.
1.Müşahidə metodu
2.Əkizlər metodu
3.Ana gündəlikləri metodu
4.Söhbət (sorğu) metodu (klinik, diaqnostik, anket)
5.Eksperiment metodu
6.Test metodu
7.Fəaliyyət məhsullarının öyrənilməsi metodu
8.Riyazi-statistik təhlil metodu
1.Müşahidə metodu uşağın psixi həyatının öyrənilməsində geniş tətbiq olunan metodlardan biridir. Müşahidə metodunun vasitəsilə uşağın psixi inkişafının ayrı-ayrı təzahürləri, onun emosional sferası, ünsiyyət fəaliyyəti, yaşlılarla qarşılıqlı əlaqə üsullarının xüsusiyyətləri öyrənilir. Müşahidə metodunun xarakterik cəhəti ondan ibarətdir ki, o, uşağın psixi fəaliyyətinin xarici təzahürlərini təbii şəraitdə izləməyə imkan verir. Müşahidə metodu vasitəsilə əldə edilən nəticələr o zaman obyektiv və etibarlı hesab edilə bilər ki, o, məqsədəyönəlmiş məzmun kəsb etsin.
2.Əkizlər metodu uşağın irsiyyəti, xüsusilə mikromühitdə aparılan təlim-tərbiyə ilə irsiyyət arasındakı münasibətləri müəyyənləşdirir. Əkizlər metodu əkiz cütlərin üzərində müşahidələrə, həmçinin ata və ana xətti ilə qohumluq əlaqələrinin tarixinə, daha geniş şəkildə qan qohumluğunun müəyyən edilməsinə, bu nəsillərin hansında əkizlərin doğulub-doğulmaması hallarının araşdırılmasına istinad edir. Irsi xüsusiyyətlərin inkişafına mikromühit bəzən imkan vermir və bunun nəticəsində istedadlı valideynlərdən doğulan uşaqlar öz irsini davam etdirmir. Fransız psixoloqu R.Zazzo əkizlər üzərində uzun illər boyu tədqiqatlar apararaq onlarda sosial mühitin təsiri ilə yaranan fərqlərin araşdırılmasına nail olmuşdur.
3.Ana gündəlikləri metodu böyük elmi faktlar mənbəyidir. Bir sıra psixoloqlar öz övladları və ya nəvələri üzərində bu tədqiqat metodundan istifadə etməklə, maraqlı faktlar əldə etmişlər. Sistematik aparılan qeydlərə əsaslanan “ana gündəlikləri” metodu uşağın psixi inkişaf tarixi haqqında qiymətli materiallar əldə etməyə imkan verir. Ayrı-ayrı psixi proseslərin təşəkkülü, psixi keyfiyyətlərin təzahürləri haqqında ana gündəlikləri vasitəsilə əldə edilən faktlar uşağın psixi inkişafının tam mənzərəsi haqqında zəngin məlumat mənbəyidir.
Ana gündəlikləri və əkizlər metodu uşağın ontogenezinin ilkin dövrlərində onların psixi inkişafının xüsusiyyətlərinin öyrənilməsinə xidmət etdiyinə görə ancaq uşaq psixologiyasının metodları kimi nəzərdən keçirilməlidir.
4.Söhbət (sorğu) metodu uşaq psixologiyasının metodları sırasında özünəməxsus əhəmiyyətə malikdir. Bu metod müsahiblə sıx qarşılıqlı şəxsi əlaqəyə əsaslanır. Uşaqlarla söhbət üçün sualların düzgün seçilməsi xüsusi məharət tələb edir. Söhbət metodunun xüsusi forması kliniki söhbətdir. Bu metod nisbətən sərbəst metoddur ki, bu zaman davranış reaksiyaları nəzərə alınmır. Son illər uşaq psixologiyasında geniş tətbiq olunan metodlardan biri də diaqnostik sorğu metodudur. Bu metod uşaqların psixodiaqnostik imkanlarının inkişaf səviyyəsini qiymətləndirmək məqsədinə xidmət edir. Söhbət metoduna aid edilən metodlardan biri də anket sorğusudur. Anket sorğusu statistik materialların toplanmasına xidmət edir. Anket metodu vasitəsilə hər bir uşağın qrupda, yaşıdları arasında mövqeyi, onlar arasında qarşılıqlı münasibətlərin xarakteri öyrənilir və qiymətləndirilir. Uşaq haqqında məlumat toplamaq üçün anket sorğusu valideynlərlə də aparıla bilər.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin