Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Uşağın necə olursa olsun öz bildiyi kimi hərəkət etməsi. 2



Yüklə 277,04 Kb.
səhifə80/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   76   77   78   79   80   81   82   83   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Uşağın necə olursa olsun öz bildiyi kimi hərəkət etməsi.
2.Uşağın onun üçün yeni olan məsələləri qavraya bilməməsi.
3.Uşağın özünə az, başqalarına qarşı isə çox tələbkar olması.
4.Uşağın öz qüvvəsinə inanmaması.
Məktəbəqədər yaşlı uşaqlarda müşahidə olunan iradi nöqsanlardan biri də tənbəllikdir. Tənbəllik halı uşaq ailədə əzizləndikdə, onun bütün arzu və tələbləri başqaları tərəfindən yerinə yetirildikdə, özünə inam hissi yaradılmadıqda baş verir. Qeyd olunan iradi nöqsanların qarşısını elə onların təzahür etdiyi ilk anlardan alınmalıdır. Əks təqdirdə, uşağı yenidən tərbiyə edərkən valideynlər çox ciddi çətinliklərlə qarşılaşmalı olacaqlar.
16. Uşaqlarda motivasiya sahəsinin formalaşması
Plan:
1. Məktəbəqədər yaşlı uşaqların motivləşmiş fəaliyyəti
2. Motivlərin növləri
3. Motivlərin yaranmasında oyunun rolu
4. Rollu-süjetli oyunların əhəmiyyəti
Məktəbəqədər yaşlı uşaqların fəaliyyəti daha böyük motivlərlə tənzimlənir. Onların hərəkətləri şüurlu və iradi məzmun alır. Uşağın belə fəaliyyəti motivləşmiş fəaliyyətdir. Beş yaşa qədər uşağın fəaliyyəti onun həyatında mühüm rol oynayan maraqlar, sosial yönəlişlər, ətrafdakı insanların, mühitin tələblərinə uyğunlaşmaq xüsusiyyəti ilə diqqəti cəlb edir. Uşaq öz hərəkətlərini daha çox yaşlıların pozitiv diqqəti əsasında istiqamətləndirir. Bütün bunlar onu istər ailədə, istərsə də ictimai mühitdə insanların verdiyi qiymət əsasında hərəkət etməyə vadar edir.
Uşaqların fəaliyyət motivləri dərketmə maraqları ilə çox bağlıdır. Onların necə reallaşdırılması haqqındakı təsəvvürlər isə dumanlı olur. Uşaq nəticə, məqsəd haqqında mühakimə yürüdə bilsə də, prosesin gedişini izah etməkdə çətinlik çəkir. Məktəbəqədər yaş dövründə motivasiya sahəsində diferensiallaşma gedir və tədricən bu proses sürətlənir. Məzmuna görə motivlərin böyük bir qismi sosial motivlərə aid edilir. Bir sıra motivlər isə şəxsi maraqlara əsaslanaraq özündə uşağın fərdilik, cinsi, mənəvi, fizioloji tələbatlarını birləşdirir. Bu motivlərin özləri də çoxsaylı motivlərdən yaranır.
-Əxlaqi motivlər-mənəvi yönəlişlik, sosial uyğunlaşma, ünsiyyət, qarşılıqlı münasibət, sosial bələdləşmə və s.
-Dərketmə motivləri-öyrənmə marağı, həvəskarlıq, iradi-emosional tənzimlənmə, qabiliyyətlərin inkişafı, özünüinkişaf marağının ödənilməsi, ixtiraçılıq meyli, fəaliyyətin planlı təşkili və s.
-Oyun motivləri-yaradıcılıq, rolların yeni sosial statusda icrası, özünü qaydalara tabeetmə, özünənəzarət, ətraf aləmə qayğı və həssaslıq, yeni fəaliyyətə adaptasiya və s.
-Sosial motivlər-yaşlılıq həyatına alışma, sərbəstlik, müstəqillik, özünəxidmət, özünəhörmət, mədəni davranış, sosial qiymətləndirmə və s.
Hər bir motiv özündə uşağın təbii tələbatlarının sosial davranışla pərdələnmiş məzmununu ifadə edir. Motivasiyanın inkişafında uşaq maraqlarının müvafiq istiqamətə yönəldilməsi mühüm şərtdir. Onun hələ yaxşı diferensiallaşmamış motivləri həm də təbii qüvvələrin təsirinə məruz qalır. Uşaqda motivasiya sahəsinin yaranması onun oyun fəaliyyəti ilə birbaşa bağlıdır. Oyun, uşağın ünsiyyət, sərbəstlik, toplanmış enerjinin sərfi, əylənmək, ətraf aləmin dərki kimi tələbatlarını ödəyir. Uşaqların motivasiya sahəsində iki mühüm xüsusiyyət formalaşır.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin