Ümumi şöbə baş mütəxəssis



Yüklə 303,46 Kb.
Pdf görüntüsü
tarix15.03.2023
ölçüsü303,46 Kb.
#124121
Umumi shobe bash mutexessis



 
 
 
Enerji Məsələlərini Tənzimləmə Agentliyi
 
 
VAKANSİYA ELANI 
Ümumi şöbə - baş mütəxəssis 
 
 
 
 
 
 
 
VƏZİFƏ ÖHDƏLİKLƏRİ: 
- Daxil olan sənədləri Elektron Sənəd Dövriyyəsi sisteminə daxil etmək və qeydiyyatını aparmaq; 
- Daxil olan sənədlərin icrasının nəticəsi olaraq dərkənar müəllifinə məruzə olunan xidməti sənədlərin və 
xaricolmaların ekspertizasını aparmaq; 
- Agentlikdə sənəd dövriyyəsinin operativ və optimal şəkildə təşkilini təmin etmək
- sənədlərin icra müddətinə nəzarətin həyata keçirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək; 
- Aparatın ümumi nomenklatur-siyahısını tərtib etmək, tabe qurumlarda ümumi nomenklatur-siyahının 
hazırlanması zamanı metodiki tövsiyələr vermək
- Agentliyə daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında və düzgün icrasına 
nəzarət etmək; 
- Agentlikdə kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərdə iştirak etmək və işin təşkili ilə 
bağlı təkliflər vermək; 

Agentliyə daxil olan sənədlərin icra vəziyyətinin monitorinqini aparmaq, aylıq, rüblük və illik hesabatların 
hazırlanmasını təmin etmək; 
- Agentlikdə kargüzarlıq sisteminin təkmilləşdirilməsi üçün fəaliyyət istiqamətlərinə uyğun təkliflər vermək, 
təlimat və reqlamentiv sənədlər işləyib hazırlamaq, onların tətbiqini təşkil etmək; 
- Arxiv işinin təşkili üzrə əsasnamə və təlimatların tərtib olunmasında iştirak etmək; 
- Şöbənin fəaliyyətinə aid illik iş planlarının hazırlanması; 
- Şöbənin fəaliyyətinə aid hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək
- Şöbəyə icraya daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılmasını, 
cavablandırılmasını və icrasını təmin etmək; 
- Rəhbərliyin imzası ilə xaric olan və xidməti məktubların, sərəncamverici sənədlərin texniki, qrammatik və 
orfoqrafik redaktəsi. 
 
TƏLƏBLƏR: 
• Ali təhsil (Hüquq, beynəlxalq hüquq və s. müvafiq humanitar sahələr üzrə); 
• Yaş həddi 27-40 aralığı; 
• Müvafiq sahə üzrə azı 4 il iş stajı; 
• Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı; 
Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı; 
• Azərbaycan dilinin qrammatikasını yüksək səviyyədə bilməli; 
• Rus və ingilis dillərini bilməsi arzuolunandır; 
• Dövlət strukturları üzrə kargüzarlıq işinin təşkili qaydalarını bilməli; 
• Elektron sənəd dövriyyəsi proqramlarında iş təcrübəsi olmalı. 
Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 
2017-ci il 1750 nömrəli Fərmanı ilə yaradılmışdır və Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, 
paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin şəffaflıq prinsipi çərçivəsində tənzimlənməsini, müəssisələrin 
fəaliyyətinin operativ və dəqiq təhlilini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını, mühəndis-
kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarəti həyata keçirən publik hüquqi 
şəxsdir. 


 
 
DİGƏR: 
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma; 
• Vakansiya üzrə müraciətin son müddəti: 20 mart 2023-cü il 
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza 
 
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini 
vacancy@regulator.gov.az
 poçt ünvanına göndərə bilərlər. 
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Ümumi şöbə - BAŞ MÜTƏXƏSSİS) qeyd edin
 
 
 
 

Yüklə 303,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin