Ümumi tarix IX sinif Kiçik summativ qiymətləndirmə 3



Yüklə 74,7 Kb.
tarix30.04.2020
ölçüsü74,7 Kb.
#102486





Ümumi tarix IX sinif

Kiçik summativ qiymətləndirmə 3


Adı,soyadı:______________________________ tarix:___________________2019-ci il


1.1918-20-ci illər arasında Qafqazda mövcud olmamışdı:

a)Cənubi Qafqaz Federativ Demokratik Respublikası

b)Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası

c)Cənub-Qərbi Qafqaz Respublikası

d)Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası
2.1917-ci ilin dekabrında Qazaxıstanın milli partiyası tərəfindən yaradıldığı elan olundu:

a)Xarəz Xalq Sovet respublikası

b)Qazaxıstan Sovet Respublikası

c)Alaş-Ordu dövləti

d)Krım Xalq Respublikası
3.Uyğun variantı müəyyən edin:
1932-ci il ? 1934-cü il

Türkiyə SSRİ
a)Konstitusiyanın qəbul olunması

b)Kollektivləşdirmə siyasətinin həyata keçirilməsi

c)Xarici təcavüzə məruz qalması

d)Millətlər Cəmiyyətinə qəbul olması


4.Türkiyədə Mustafa Kamal tərəfindən həyata keçirilmiş islahatlar proqramını tamamla:
- Qadınlara kişilərlə bərabər hüquq bərabərliyi verildi

-İqtisadi sahədə etatizm siyasəti tətbiq edildi

-.........?
a)Kəndli təsərrüfatları kolxoz və sovxozlarda birləşdirildi

b)İqtisadiyyat hərbi tələblərə uyğunlaşdırıldı

c)Kəndli ailələrinə torpaq sahələri verildi

d)Bank sitemi üzərində dövlət nəzarəti gücləndirildi


5.Səədabad paktını imzalayan ölkələrdən deyil:

a)Türkiyə b)SSRİ

c)İran d)Əfqanıstan
6.XX əsrin 30-cu illərində baş verməmişdir:

a)Montre konfransılnın keçirilməsi

b)İkinci Dünya müharibəsinin başlanması

c)Sun Yatsenin başçılığı ilə Çinin milli hökümətinin elan olunması

d)Yaponiya-Çin müharibəsinin başlanması


13.Birinci Dünya müharibəsindən sonrakı dövrdə Hindistan tarixinə aid deyil:

a)”Gənc zabitlər” hərəkatı

b)Vətəndaş itaətsizliyi kompaniyası

c)İstiqlaliyyət gününün elan olunması

d)”Köləlik konstitusiyası”nın təsdiq edilməsi
14.Düzgün olmayan variantları seçin:
A.Çexoslavakiya və Polşanın mühacir hökümətlərini tanımaqdan imtina etdi – SSRİ

B.Böyük Britaniya və Fransa Almaniyaya müharibə etdikdən sonra 1940-cı ilin mayına kimi fəal hərbi əməliyyatlar aparmadı

C.Krım (Yalta) konfransında Avropada ikinci cəbhənin açılması qərara alındı

D.Avropada ikinci cəbhənin açılması ilə müharibədə “əsaslı dönüş”ün ilk addımları atıldı

E.”İldırım surətli müharibə” planına görə alman qoşunları 1941-ci ilin qışına qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq niyyətində idilər

15. İkinci Dünya müharibəsinə aid xronologiyanı müəyyənləşdir:
1939 _____

1941_____

1942_____

1944_____
A.Əl-Əlameyn döyüşü

B.Polşanın məğlub olması

C.Yaponiyanın Pörl-Harbor bazasına zərbə endirməsi

D.Avropada ikinci cəbhənin açılması


16.Almaniyanın “İldırımsürətli müharibə” planı boşa çıxdı:

a)Stalinqrad döyüşlərində almanların məğlubiyyəti ilə

b)Moskva ətrafında almanların darmadağın edilməsi ilə

c)Sovet-alman cəbhəsində əsaslı dönüşün başa çatması ilə

d)Avropada ikinci cəbhənin açılması ilə
17.1940-cı ildə Almaniyanın işğal etdiyi ölkələrdən deyil:

1.Fransa 2.Norveç 3.Yunanıstan 4.Polşa

5.Danimarka 6.Yuqoslaviya 7.Hollandiya




7.Çinin şimal-şərq hissəsini ələ keçirərək burada oyuncaq Mançjou-Qo dövlətini yaratmışdı:

a)Yaponiya b)SSRİ

c)ABŞ d)Koreya
8.Lozanna müqaviləsinə əsasən:

a)Türkiyənin bitərəfliyinin əsası qoyuldu

b)Sultan hakimiyyəti ləğv edilirdi

c)İşğal rejimi, Mudros və Sevr müqavilələri ləğv olunurdu

d)Osmanlı dövləti ərazisinin 4/5 hissəsini itirirdi
9.Göstərilənlər aiddir:
- Krım Xalq Respublikasına başçılıq etmişdi

- AXC ordusunun Baş Qərərgah rəisi olmuşdur
a)Əliağa Şıxlınski b)Məmməd bəy Sulkeviç

c)Aslan xan Xoyski d)İbrahim ağa Usubov



10.Uyğunluğu müəyyən edin:


Hindistan



Milli İnqilabi ordu


Türkiyə



Duz yürüşü


Çin



Düyü qiyamları


Yaponiya



Etatizm siyasəti

11. Birinci Dünya müharibəsindən sonra Çində demokratik qüvvələrin irəli sürdükləri prinsiplərdən deyil:

a)Vətəndaşlara hüquq bərabərliyinin verilməsi

b)Müstəmləkəçiləri ölkədən qovmaq

c)Demokratik respublikanın yaradılması

d)Çində Sovet respublikasının qurulması

12. - Boğazlara dair yeni konvensiya bağlandı

- Qara dənizə çıxışı olmayan dövlətlərin hərbi gəmilərinə boğazlardan keçmək qadağan olundu
a)Montre konfransında

b)Mudanya müqaviləsi ilə

c)Lozanna müqaviləsi ilə

d)Səədabad paktının qərarlarına görə




18.”Dostluq və sərhədlər haqqında” müqaviləyə görə ərazisinin bölüşdürülməsi rəsmiləşdirildi:
a)Fransanın b)Çexoslavakiyanın

c)Polşanın d)Yuqoslaviyanın


19.Uyğun variantı müəyyənləşdirin:


Tehran konfransı,

....... ?






U.Çörçill F.Ruzvelt

İ.Stalin
a)Potsdam konfransı

b)Krım (Yalta) konfransı

c)Montre konfransı

d)Səədabad paktı


20.Uyğunluğu müəyyən edin:
Tehran konfransı

Krım (Yalta) konfransı

Potsdam konfransı
1.Əsas məqsəd Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyən etmək idi

2.Avropada ikinci cəbhənin açılması konfransın əsas müzakirə mövzusu idi



3.Qərara alındı ki Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir.

Düzgün cavablar : _______ (______)
Qiymət : _________
Yoxladı: ___________





Yüklə 74,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin