3. Mərasimlərin təşkili. Heydər Əliyev həm Respublika rəhbəri kimi, həm də dövlət başçısı kimi mərasimləri yüksək səviyyədə təşkil edirdi. Ümumxalq bayramları və peşə bayramlarının əksəriyyətində Heydər Əliyev şəxsən iştirak edirdi və bununla da bayramın təşkilini daha mütəşəkkil və möhtəşəm olmasını təmin etmiş olurdu. Çünki dövlət başçısının bayram mərasimində iştirakı onun ən yüksək səviyyədə hazırlanması üçün kifayət edirdi.
Ümummilli Lider Heydər Əliyev bədnam qonşuların işğalı nəticəsində yurd-yuvasını itirmiş qaçqın və didərgin vətəndaşlarımızın yaşadığı çadır şəhərciklərində keçirilən toy mərasimlərində iştirak edirdi. Və bu iştirakı ilə həmin insanlara sonsuz sevinc bəxş edirdi. Onun diqqətindən heç nə yayınmır, heç kim unudulmurdu. Ayrı-ayrı el sənətkarlarını birbaşa qəbul edir, onların ad günlərini təbrik edir, xidməti olanları müntəzəm olaraq orden və medallarla təltif edirdi. Belə həssas diqqəti və qayğını görən hər kəs indi onun haqqında həyəcansız danışa bilmir.
Dostları ilə paylaş: |