1 Müəllif bu etnonimlə VIII əsrdə tarix meydanına çıxan, oğuzların onların tərkibinə qatılması hesabına X əsrdə formalaşan və nəhayət, XVI əsrin əvvəllərində dağılan xalqı nəzərdə tutur. Türkmənistan türkmənləri, Azərbaycan və Türkiyə türkləri bu xalqın varisləridir (Ə.Əsgər. Oğuzlar və türkmanlar (etnogenez prosesi) / Azərbaycan Arxeologiyası və Etnoqrafiyası. № 1, Bakı-2008:2009, s. 123-134). Müəllifə görə, oğuzlar haqqında dastanlar bu xalqın epik yaradıcılığının məhsuludur və Oğuznamə türkman etnik mühitində etnik kimlik şüurunun ifadəsi olaraq əcdadlar haqqında dastanlar kimi yaranmışdır (Ə.Əsgər. Oğuznamənin etnik auditoriyası və funksiyası. “Azərbaycan” jur., 2007, № 9, s.148-166)