«Hörmətli həmvətənlər, bacılar və qardaşlar!
Bu əziz bayram axşamı sizi, bütün Azərbaycan xalqını, respublikamızın bütün vətəndaşlarını milli bayramımız – Novruz bayramı münasibətilə təbrik edirəm! Novruz bayramı həm də təbiətin bayramı, Bahar bayramıdır. Bir neçə saatdan sonra il təhvil olacaq, yeni il başlanacaq, gecə ilə gündüz bərabərləşəcək, təbiətdə, dünya həyatında əlamətdar hadisələrin şahidi olacağıq.
Azərbaycan xalqı milli azadlığa nail olmuşdur. Azərbaycan müstəqil dövlətdir, dünya birliyi tərəfindən tanınmış və bu birlikdə layiqli yerini tutmuşdur. Qədimdən bəri qeyd etdiyimiz Novruz bayramı Azərbaycan Respublikasının dövlət bayramıdır» (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Birinci kitab, Bakı, Azərnəşr, 1997, s. 482).
Heydər Əliyevin 1994-cü il may ayının 21-də Qurban bayramı münasibətilə Bakı zəhmətkeşləri ilə görüşündəki çıxışına da diqqət yetirək:
«Əziz qardaşlar, bacılar, hörmətli həmvətənlər!
Bu gün burada – Azərbaycan xalqının, müsəlman aləminin müqəddəs yerində, Bibiheybət pirində sizi müsəlmanların əziz bayramı olan Qurban bayramı münasibətilə təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm. Bu bayramı Azərbaycan xalqı ağır vəziyyətdə keçirir. Xalqımız təcavüzkarlar tərəfindən müharibəyə cəlb olunmuşdur. Qəhrəman oğullarımız torpaqlarımızı qorumaq uğrunda şəhid olurlar. Biz doğma torpaqlarımızı müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək, milli, dini ənənələrimizin hamısını bərpa edəcəyik. Xalqımız bundan sonra ulu babalarının yolu ilə, həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və xoşbəxt gələcəyə çatacaqdır» (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Birinci kitab, Bakı, Azərnəşr, 1997, s. 577).
Yaxud 27 may 1994-cü il Respublika sarayında Azərbaycanın İstiqlal bayramı – Respublika gününə həsr olunmuş təntənəli yığıncaqdakı nitqinə diqqət edək:
Dostları ilə paylaş: |