Ümummilli Lider


d) Şifahi mədəniyyətin kollektiv yaşayış tərzinə təsiri



Yüklə 0,72 Mb.
səhifə18/36
tarix03.01.2022
ölçüsü0,72 Mb.
#46949
1   ...   14   15   16   17   18   19   20   21   ...   36
d) Şifahi mədəniyyətin kollektiv yaşayış tərzinə təsiri

Bu gün ən önəmli problemlərdən biri də insanların söz­lü (şifahi) ədəbiyyatlarına necə baxmalarıdır. Azərbaycanda ümu­milikdə şifahi mədəniyyətin bizlərə gəlib çatan səciy­yəvi nümunələrində bəhs edilən tarix ol­muş tarix şəklində qəbul edilir. Şifahi ənənənin başqa növ­ləri ilə bəra­bər, şifahi ədəbiyyat tariximiz, dilimiz, psixologiyamız, dün­ya­ya baxı­şı­mız haqqında daha çox məlumat verə bilər. An­caq 70 ildən artıq davam edən ideologiya, antimilli, antidini təbliğat, ma­te­rial­ların is­tənilən səviyyədə toplan­ma­ması kimi neqativ hal­­lar kollektiv həyata, mədəni kimliyin formal­aşmasına mən­fi təsir göstər­mişdir. Bu mənfi təsirin nəticə­sində mə­də­ni kimliyin və bunun arxasınca da milli kimliyin formalaşma prosesi gecikmişdir. Azərbay­canın etnoqrafik təsvirini verən mate­riallar, insanların fərdi və kollektiv həyat tərzləri və s. gös­tərir ki, mədəni kimlik dövlət müstəqilliyinə qədər tam şəkildə for­malaşa bilməmişdir.

Şifahi ənənə, etnoqrafik məlumatlar bütün hallarda mə­dəniyyətin güzgüsüdür və bu güzgüdə görünən vahid Azər­baycan mədəniyyətidir. Mədəniyyəti bilməklə şifahi ənə­nə­nin təbiətini anlamaq mümkün olduğu kimi, folklor mətnləri ilə də mədəniyyət varlıqlarını başa düşmək müm­kündür. An­caq heç bir şifahi ədəbiyyat, heç bir inanc sistemi milli mə­dəniyyətin surəti, hərfi əks-sədası ola bilməz. Hər şeyin bu qədər aydın olmasına baxmayaraq, şifahi mədəniy­yət kodla­rından, əsasən, davranış üsullarını, dünyagörüşü, xalq fəl­sə­fəsini anlamaq, görmək mümkündür. Məsələyə bu nöq­teyi-nəzər­dən baxdıqda Azərbaycan xalq ədəbiyya­tını, inanc­la­rını öyrənməyin əsas nəticəsi mədəni və milli kim­liyin for­malaşması olacaqdır.

Bir önəmli məsələ də şifahi mədəniyyətin missiyasının kollektivin istəklərini, gözləntilərini, qarşılaşdığı çətin­likləri ən azından simvolik bir dillə aşkara çı­xar­maqdır. Folklor toplamasının bir önəmi də xalqın daxili dün­yasının, onun is­tək və arzularının milli birlik için­də var olduğunu üzə çı­xar­maq­dır. Yalnız Azərbay­canda, onun ayrı-ayrı bölgələ­rində deyil, türk dünyasının hər ye­rində nağıl­larda uçan xalçalar, yed­dibaşlı divlərlə savaşan qəhrə­manlar, arzu­suna çatmayan gö­zəl­lər, dil açıb insan kimi danışan atlar, bir anda uzaq mə­sa­fəni qət edə bilən sehrbazlar, quyudan çı­xarkən qar­daş­ları tə­rə­findən ipi kəsilib, təkrar quyunun di­binə düşən kiçik qar­daşlar müştərəkdir, eynidir. Həcc zi­yarətində olan ağa­sına bir anda yeyəcək yetirib geri dönən, sirri faş olan xid­mətçi donlu ərənlər, kəramət göstərən övliyalar, seyidlər, dağı yerin­dən oynadan, zəhərdən ölməyən baba dərviş­lə­ri­miz də eynidir. Amma bütün bu eyniliklərin variantları yüzlərcədir.

Doğum, sünnət, evlənmə, ölüm rituallarımız eyni funk­siyalı, eyni məqsədlidir. Qohumluq terminlərimiz, davranış tərzlərimiz, ədəbimiz, gülüşümüz, ağlamağımız da fərqli de­yildir. Bəzi yerli və etnik fərqlər zənginliyin və həmrəyliyi­mizin təminatıdır. Türk mədəniyyəti davamlılıq içində tari­xin o zamanından bu zamanına qədər yeniləşmə və zəngin­ləşmə içində birlik və bərabərlik paradiqmasını pozmamış­dır. Şifahi ənənəmiz bizim ortaq nöqtəmiz deyil, ortaq sər­vətimizdir, bəşəriliyi, sosial-iqtisadi bağları, sosial-mədəni kodu ilə birdir, bütövdür.

Sözlü mədəniyyətin, bütünlüklə olmasa da, bəzi janrla­rının, bəzi növlərinin davranış etiketlərinə yol açdığı və ya açmadığı, kollektiv təzyiqləri və nəzarəti formalaşdırdığı, hət­ta inanc sisteminə təsir etdiyi, bir az sərt, bir az vaxtı keç­miş mərasimləri yumşaltmaq üçün üzərinə götürdüyü funk­siya da önəmlidir. Bu, kollektiv şəkildə qəbul edilmiş milli dəyərləri yalnız nəsildən-nəslə ötürmək deyil, eyni zamanda onları təminat altına almaqdır. Bir atalar sözünün, bir zərbi-məsəlin, lətifənin, əfsanənin, mənkabənin bəzi problemləri həll etməkdə rolu ilk olaraq təhsillə başlayır. Kollektivin fəa­liyyəti uşaq folkloru ilə möhkəmlənir, həddi-büluğ çağla­rında nümunəvi mətnlər nümunəvi addımlar atmağa rəvac verir. Yəni folklor gənclərə adətləri, ənənələri, əxlaq qayda­larını, mənəvi ölçüləri aşılamaqla önəm­li bir vəzifə daşıyır. Təbii ki, bunlar folk­lorun əsas funksiyasıdır. Qorxmazlıq, sə­birli­lik, böyüyə hör­mət, kiçiyə sevgi, haqsız­lığa qarşı ba­rışmazlıq kimi bir çox dünyəvi və milli, ümumi və yerli də­yərlər folklorda qorunmaqda, folklor vasitəsilə başa düşül­mək­dədir. Qısası, şifahi mədəniyyətimiz bizləri kollektiv yaşama­ğa ha­zır­lamaqda, cəmiyyətin ayrı-ayrı fərd­lərini bu yazılmamış qanun­lara riayət etməyə çağırmaqdadır.

Təəssüf ki, folklor hər gün nəsə itirməkdə, min illərin bizlərə miras qoyduğu mədəni dəyərlər, zəngin söz xəzi­nə­miz son əlli ildə sürətlə yox olmaqda, söyləyicilər azal­­maq­da, keçmişin mədəni mirasını bilənlər bildiklərini unut­maq­da, zövqlər, gözlənilənlər sürətlə dəyişməkdədir. Söz­­lü (şifa­hi) və yazılı mədəniyyət arasındakı fərqin hesabına mətn­lərin yazılı hala gətirilməsi ilə elektronik vasitələr, televizor, DVD və digər vizual vasitələrin artması ilə şifahi mədəniy­yət əvvəlki dəyərini, dominantlığını, önəmini itir­məkdədir (Bax. Bayat F., Folklor haqqında yazılar (Nəzəri məsələlər), Elm və təhsil, B., 2010). Ritualların yerini te­leviziya tama­şaları, nağıl­ların yerini teleseriallar, xalq mah­nılarının yerini pop musi­qilər, şou-konsertlər tutmuşdur. Uzun qış gecələri bir yerə toplaş­maqla qorunan kollektiv dialoq və ünsiyyət, fikir alış-verişi, yardımlaşma fərdi şəkil­də televizora bax­maq­la əvəzlənmişdir. Cənub zonası kimi ənənəyə daha çox bağlı bölgələri­miz­də belə, şifahi mədə­niyyətin önəminin azal­ma­sının səbəbləri yuxarıda qeyd et­diyimiz texnoloji in­ki­şafla əlaqədardır. Burada görülə bi­ləcək tək iş ucda-bu­caqda qalan folklor materiallarını vaxt itirmədən toplamaq, şəhərləşmə­nin, texnologiyanın gətirdiyi dəyişmələrin şifahi mədəniy­yətə təsirini araşdırmaqdır. Bu, mədəni kimliyimizi erroziyadan qoruya biləcək mühüm vasitələrdən biridir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin