e) Son söz
Folkloru toplamaq, onun mədəni və milli kimliyi formalaşdırmaqda rolunun əsas olduğunu göstərmək elm adamlarının borcudur. Mədəni və milli kimliyimizi formalaşdıran folkloru akademik bir çərçivədə öyrənmək və yaşatmaq folklorçuların əsas vəzifəsidir.
Bu gün tarixin ədəbi bir incəliklə öyrənildiyi bir şəraitdə folklor özgələşmək meyilləri ilə qarşı-qarşıya dayanmaqda, varlığını qorumaq, yaşamaq mücadiləsi verməkdədir. İnsanın öncə özünə, daha sonra özünə bənzəyənlərə yadlaşması ilə başlayan psixoloji tənəzzül onun müasir dünyada belə demək mümkünsə, mənəvi kirlənməsinə səbəb olmuşdur. Belə bir psixoz sarsıntı zamanında mədəni və milli kimliyi qoruyacaq dəyərlərin başında folklorun gəldiyini unutmamaq lazımdır.
Dostları ilə paylaş: |