c) Teokosmik mediasiya: «Həqq təala anın könlinə ilham edərdi».
«Həqq-təala» semantemində biri-birinə laylanmış üç qat var:
İslami qat – Cənab Allah
Türk qatı – Tanrı//Tenqri
Oğuz qatı – Oğuz kağan
Səma – göy anlamında olan Tanrı obrazı tanrıçılıqda baş tanrıya çevrilmişdir. Onun bütün türk kosmosunun hakimi olması öz mikrokosmik strukturunda türk kosmosunu modelləşdirməsi deməkdir. Bütün oğuz kosmosunu özündə modelləşdirən Oğuz (kağan) isə tarixən «tanrılaşa» bilməmiş, oğuzların mifoloji dünya modelinin sakral mərkəzi olaraq qalmışdır.
Beləliklə, Qorqudun «bilici» statusu bütün göstəricilər üzrə mediatorluğa müncər olunur. Bu mediasiya dünya modelinin strukturu üzrə aşağıdakı qatları əhatə edir:
Dostları ilə paylaş: |