Sinif səviyyəsində monitorinq ibtidai sinif (fənn) müəllimi, sinif rəhbəri, həmçinin məktəb praktik-psixoloqu (və ya sosioloqu) tərəfindən qabaqcadan müəyyən edilmiş məqsədlərə uyğun olaraq hər gün müşahidə əsasında, müəllim-şagird qarşılıqlı əməkdaşlığı (əks-əlaqə) şəraitində həyata keçirilir. Aparılan müsahibə və müşahidələrin nəticələri toplanır, təhlil edilir, ümumiləşdirilir, istifadə olunur və maraqlı tərəflərə məlumat verilir.
Məktəb səviyyəsində monitorinq məktəb rəhbərliyi tərəfindən əsasən yarımillərin sonunda müəyyən fənlər üzrə aparılır. Bu zaman seçilmiş məqsədlərə uyğun olaraq təhsilverən və təhsilalanların fəaliyyəti bir neçə istiqamətdə izlənilir, təhsilalanların inkişaf dinamikası, təhsilin keyfiyyətinin yüksəldilməsinə təsir edən amillər müəyyən edilir, nəticələrlə bağlı təkliflər hazırlanır və müvafiq tədbirlər həyata keçirilir.
Dostları ilə paylaş: |